Dünyanın məşhur Wolt yemək çatdırılması xidməti Bakıda

Finlandiyada yaradılan və yemək sifarişi xidməti olan Wolt bu gün öz 16-cı ölkəsi Azərbaycanda rəsmən fəaliyyətə başladı və onlayn yemək sifarişində tam yeni, müştəriyönümlü təcrübə yaratmağı qarşısına məqsəd qoydu. Tətbiqin App Store-da ortalama qiyməti 4.8/5 ulduzdur. Wolt Bakıda 23 çox populyar restoran ilə işə start verir və həm milli, həm də dünya mətbəxlərinin geniş seçimini […]

«Visa» işğal olunmuş ərazilərdə fəaliyyət göstərməyəcək

«Visa» beynəlxalq kart təşkilatı ölkənin işğal olunmuş ərazilərində öz brendi altında ödəniş kartları ilə bankomatlarda əməliyyatların aparılmasını tam dayandırıb.  Bu qərar müəyyən edilmiş faktlardan sonra qəbul edilib.  Mövcud problemin həlli istiqamətində əsaslı addımlar atan ilk beynəlxalq kart təşkilatı kimi «Visa» bu ərazilərdə Ermənistan banklarının quraşdırdığı 20-dən çox bankomatda təşkilatın brendini daşıyan ödəniş kartları ilə nağd və nağdsız […]

Qalmaqal bitmir — Bu dəfə “Huawei” bütün ABŞ vətəndaşlarını ixtisar etməyə hazırlaşır

Çinin telekommunikasiya nəhəngi “Huawei” ABŞ-da törəmə şirkətinin əməkdaşlarının böyük əksəriyyətini işdən azad etməyi planlaşdırır. Rusiya KİV-lərinə istinadla xəbər verilir ki, işdən çıxarılma əsasən “Huawei”in ABŞ-dakı “Futurewei” tədqiqat laboratoriyasında çalışan əməkdaşlardan gedir. Qeyd olunur ki, laboratoriyada çalışan işçilərin ümumi sayı 850 nəfərdir. Şirkətin Texas, Kaliforniya və Vaşinqton ştatlarında idarələri var. Mənbə azertag.az

Heydər Əliyev Hava limanında bu yolla avtodayanacaq pulunu online tam rahat ödəyə biləcəksiniz

Azərbaycanda ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” “Premium” Bankla birgə yeni layihəyə başlayıb. AzeriCard Prosessinq Mərkəzindən daxil olmuş məlumatda bildirilir ki, artıq “AzəriKard” — “Premium” Bank mobil əlavəsi istifadəçiləri hava limanında park ödənişi növbəsində vaxt itirməyəcəklər, belə ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında dayanacaq haqqı həmin müştərilər üçün avtomatik ödəniləcək. Mobil bank istifadəçiləri […]

Saxta yollarla sosial yardım alanların pulu kəsiləcək

Sosial yardımla bağlı qanunvericilikdə ediləcək dəyişikliklərlə ehtiyacı olmayıb ünvanlı sosial yardım alanların sayı minimuma endiriləcək və 0 həddinə çatdırılacaq «Azərbaycanda sosial yardım qanunvericiliyi ilə bağlı dəyişikliklər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib». Bu sözləri eksklüziv açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminat Siyasəti şöbəsinin müdiri Babək Hüseynov söyləyib. O, bildirib ki, ilin sonuna kimi […]

Metro ve avtobuslarda istifadə olunan «Bakı Kart»lara online pul yükləmək olacaq

Paytaxtın nəqliyyat sistemində istifadə olunan «Bakı Kart»ın balansını bu ilin sonuna qədər internetlə artırmaq mümkün olacaq.  Bu barədə  Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.  Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır. BNA rəsmisi kartlara pul yükləmək üçün şəhərdə quraşdırılmış terminalların işləməməsi barədə deyilənlərə də münasibət bildirib: «Bu günə qədər həmin […]

Nazirlik bazarlardakı süni qiymət artımına niyə nəzarət etmir?

Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa edəndən sonra planlı iqtisadiyyatdan özəl mülküyyət üzərində qurulmuş bazar iqtisadiyyatına keçib. Bazar iqtisadiyyatın üstün cəhətləri və öz tələbləri var. Yəni, bazar tələb və təklif üzərində qurulur. Bazarlarda qiymətlər də təklif və tələbə uyğun formalaşır. Təklif tələbdən üstün olanda, qiymətlərdə artım baş verir. Əksinə olanda isə qiymətlər aşağı düşür. Bu gün […]

Yeni sosial şəbəkə gəlir

Google şirkəti Shoelace adlı yeni sosial şəbəkəsinin testinə start verib. Bu sosial şəbəkə ortaq məşğuliyyətlərin yerinə yetirilməsi və ya tədbirlərə birlikdə gedilməsi üçün insanların axtarılmasında yardımçı olacaq. Bu barədə The Next Web saytına istinadən Rusbase saytı xəbər verib. Məlumata əsasən Shoelace sosial şəbəkəsinin iOS və Android versiyası var. Lakin o hələki Nyu Yorkda fəaliyyət göstərir və ondan istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazımdır. Sosial şəbəkə […]