Bakıda evlər uçuzlaşdı

“Bu ilin yanvar ayının nəticələrinə görə, mənzil bazarında durğunluq və ucuzlaşma müşahidə olunur” Bunu mənzil bazarında alış və satış aktivliyi haqqında danışarkən  «MBA Group» konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov söyləyib. O bazarda durğunluğun səbəbini bu cür izah edir: “Hazırda bütün seqmentlər üzrə mənzil bazarında ucuzlaşma müşahidə olunur. Bu durumun səbəbi yeni ilin başlanğıcı ilə əlaqədardır. […]

Bakının iki mərkəzi küçəsində xətlər yenidən rənglənəcək — Xəbərdarlıq

Sürücülərdən diqqətli olmaları xahiş olunur Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Neftçilər prospektinin Rixard Zorge küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməsinədək, həmçinin Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektinə doğru olan hissəsində bu gecə saat 22:00-dan səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi […]

Bu prospekt yeniden qurulacaq

Bakının Nobel prospektinin gələn il yenidən qurulması planlaşdırılır Bunu jurnalsitlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, bununla bağlı konkret plan var: «Nobel prospektinin yenidən təmir olunması və burada əvvəlcədən nəzərə alınmayan intensivliyin aradan qaldırılması planda nəzərə alınacaq”. Mənbə Marja.az

Azərbaycanda əhalinin kütləvi siyahıya alınması olacaq — 10 gün ərzində

«Artıq siyahıyaalınma üçün tam hazırıq…» Bu il oktyabrın 1-dən 10-dək Azərbaycanda əhali siyahıya alınacaqdır. Bunun üçün bütün hazırlıq işləri tam yekunlaşıb.  Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, siyahıyaalma prosesinə hazırlıq işlərinə hələ 2017-ci ilin yanvarından başlanılıb. Ötən iki ildə siyahıyaalmanın metodoloji bazasının yaradılması başa çatdırılıb. Siyahıyaalmanı tənzimləyəcək […]

İyundan yeni vaqonlar gəlir

İyun ayından etibarən Bakı metrosu üçün hər ay yeni vaqonlar gətiriləcək Bunu müsahibəsində «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib. Ə.Osmanov ötən il 2 tam müasir qatar tərkibinin alınaraq istifadəyə verildiyini xatırladıb: «Ondan əvvəl 3 yeni qatar tərkibi alınaraq xəttə buraxılıb. Bu il 30 vaqon istismar müddətini başa vurur». O qeyd edib ki, yeni […]

Bakıda nəhəng söküntüyə start verilir

Bakı şəhəri, Səbail rayonu, Bayıl sürüşmə zonasında yerləşən 98 ev söküləcək Yaxın müddətdə bununla bağlı müvafiq qərar qəbul ediləcəyi gözlənilir. Hazırda Nazirlər Kabineti və Səbail Rayon İcra Hakimiyyəti qərar layihəsi üzərində iş aparır. Söküləcək evlərdən 71-nin sahibinə kompensasiya verilməsi planlaşdırılır. Digər 27 evin isə məcburi köçkünlərə məxsus olduğu əsas gətirilərək onlara kompensasiya ödənilməyəcəyi, dövlətin məcburi […]

Türkiyə Dardanel boğazına giriş-çıxışı bağladı

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb Məlumatına görə, boğazda gəmilərin hərəkəti qatı duman səbəbi ilə dayandırılıb. Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmiçilik üçün yanvarın 23-ü bağlanmışdı. Həmin gün qasırğa əlaqədar reyslər dayandırılmışdı. Mənbə Fins.az

Azərbaycanda ilk: “Elektron müraciət sistemi” işə salındı

Bu gün Bakıda tikintiyə və istismara icazə verilməsi üzrə “Elektron müraciət sistemi”nin təqdimatı keçirilib Təqdimat mərasimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyevin iştirakı ilə baş tutub. O, sistemin əhəmiyyəti barədə danışıb və onun sahibkar-məmur ünsiyyətini minimum həddə endirdiyini deyib. “Elektron müraciət sistemi” bu gündən fəaliyyətə başlayır. 10 gün ərzində tikinti obyektlərinə texniki […]