Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

İşsizliyə görə maksimal sığorta ödənişinin həcmi müəyyənləşib — RƏSMİ

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən sığorta ödənişinin məbləği Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Bu barədə Hesablama Palatasının İşsizlikdən Sığorta Fondunun 2021-ci il büdcə layihəsinə rəyində məlumat verilib.Bildirilib ki, həmin Qanunun […]

Azərbaycan Mərkəzi Bankı 2 sığorta şirkətinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə «Amrah Sığorta» və “AXA MBask” Sığorta Şirkəti ASC-lərin lisenziyaları ləğv olunub. Gülüstan.info bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bununla da Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sayı 22-dən 20-ə düşüb.

Azərbaycanda pensiyalar artırılır – Rəsmi

Bu il pensiyalarda artım olacaq. Hazırda pensiyaların neçə faiz artacağı məsələsi dəqiqləşdirilir. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Xəzər TV-nin “Birinci Studiya” proqramının qonağı olan A.Kərimov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 8 faiz, başqa sözlə, 360 milyon manat artıb. Artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 5,1 milyard manata […]

“Brent” neftin qiyməti ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində «Brent» neftinin ixracına dair 2021-ci ilin mart müqaviləsinin dəyəri 0,06% azalaraq 1 barelə görə 51,06 dollar təşkil edib. Gülüstan.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,04% artaraq 47,64 dollar təşkil edib.

Sərnişindaşıma ilə məşğul olanlara kompensasiya veriləcək

Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Gülüstan.info xəbər verir ki, kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır. Tarif tənzimlənməsindən sui-istifadəyə, […]

İşsiz vətəndaşlara 110 manat veriləcək? — Açıqlama

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar 190 manat birdəfəlik ödəmə ala bilməyən işsiz şəxslərə 110 manat ünvanlı sosial yardımın verilməsi haqda məlumat yayılıb. Bunun üçün vətəndaşlara e-sosial.az saytında qeydiyyatdan keçmək və müvafiq xanaları doldurmaq tövsiyə edilib. Gülüstan.info xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, nazirlik bununla […]

Xaricdən sifariş edənlərin nəzərinə! — Video

Artıq xaricdən məhsul sifariş edən hər kəs bunu Dövlət Gömrük Komitəsinin «smart customs» tətbiqində bəyan etməlidir.Komitədən verilən məlumata görə, bu il yanvarın 1-dən etibarən təkmilləşdirilmiş «sadələşdirilmiş bəyannamə — elektron ticarət» layihəsinin tətbiqinə başlanılıb. İstifadəsinə gəldikdə isə, vətəndaşlar ASAN imza və ya mobil nömrələri ilə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməlidirlər. Gülüstan.info Xezerxeber -ə istinadən bildirir […]

Neft yeni həftəyə bu qiymətlə başlayıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Gülüstan.info xəbər verir ki, hazırda «Brent» markalı neftin bir barreli 52,40 dollar, yüngül neftin bir barreli isə 49,02 dollara təklif olunur.