Tibb işçilərinin əməkhaqqıları artırılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Gülüstan.info xəbər verir ki, Qaydaya əsasən, tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, […]

Bakıda ən bahalı mənzillər hansı ərazilərdə satılır?

“Hazırda mənzil bazarında durğunluq müşahidə edilir”. Bunu açıqlamasında daşınmaz əmlak üzrə ekspert, “Property» Qiymətləndirmə şirkətinin direktoru Pərviz Qulami bildirib. O, eyni zamanda, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən satışı barədə elan verilən kirayə mənzillərin daşınmaz əmlak bazarına ciddi təsirlərinin gözlənilmədiyini deyib: “Fond tərəfindən təklif edilən kirayə mənzillərin sayının məhdud olduğunu nəzərə alsaq, bunun bazara ciddi təsirləri […]

Azərbaycanda korrupsiya azalıb — HESABAT

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdim edib. Gülüstan.info-nun «Report»-a istinadən verdiyi xəbərə görə, 2019-cu il üzrə Azərbaycan KQİ-də 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb. 2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı. “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət […]

Sabahdan qatarlara biletlər yeni qayda ilə satılacaq

Ölkə daxilində hərəkət edən qatarlara bilet satışıqaydalarına dəyişiklik edilib. “Azərbaycan Dəmir Yolları” QSC-dən Gülüstan.info-ya verilən məlumata görə, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 (otuz) gün qalmış əldə edə biləcəklər. Dəyişiklik bilet satışının təkmilləşdirilməsi və sərnişinlərin biletləri daha rahat və tez almasına xidmət edir. Bilet satışında yeni qayda yanvarın 23-dən […]

Bələdiyyədən maraqlı addım — Borcları satın alacaq

Hollandiyanın paytaxtı Amsterdam şəhərinin bələdiyyəsi gənclərin borcunu satın alacaq. Gülüstan.info xəbər verir ki, gəncləri borc bataqlığından çıxarmaq və təhsil almalarına şərait yaratmaq üçün Amsterdam bələdiyyəsi bu addımı atacaq. Gələn aydan həyata keçirilməsi planlanan layihə, bələdiyyəyə bağlılığı olan bir bank tərəfindən həyata keçiriləcək. Bank borc verənləri, borclarını bələdiyyəyə bağlı olan banklara satmaları üçün hər adama 750 […]

Azərbaycanda alış-verişə nə qədər pul xərclənir?

2019-cu ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,6 faiz üstələyərək 39,4 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 20,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 3,2 faiz və 4,0 […]

Yeni Tesla pikapı ilə bağlı maraqlı YANAŞMA

Keçən ilin noyabr ayının sonunda Tesla şirkəti qeyri-adi dizayna sahib Cybertruck adlı elektrikli pikap modelini təqdim etmişdi. Həmin vaxtda elektromobilin qeyri adi dizaynı bir çoxlarını təəccübləndirmiş və maraqlarını cəlb etmişdi. Lakin Sandy Munro adlı mütəxəssisin fikrincə bu cür qeyri adi dizayn heç də təsadüfi yaradılmayıb. Onun sözlərinə görə, sözügedən dizayn Tesla şirkətinə Cybertruck-ın istehsalında milyonlarla dollar vəsait qənaət etməyə yardımçı olacaq.  Bu […]

Dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri məlum oldu

Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin 1 kvadratmetrinin qiyməti Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq. Bu barədə Gülüstan.info-ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Xatırladaq ki, sabah saat 10:00-dan bu mənzillər üzrə elektron müraciətlərin qəbuluna başlanılacaq.