Dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri məlum oldu

Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin 1 kvadratmetrinin qiyməti Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq. Bu barədə Gülüstan.info-ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Xatırladaq ki, sabah saat 10:00-dan bu mənzillər üzrə elektron müraciətlərin qəbuluna başlanılacaq.

Bu gün Dünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun 50-ci iclası işinə başlayır. Yanvarın 24-dək davam edəcək iclasın başlıca mövzusu maraqlı tərəflərin kapitalizmi (stakeholder capitalism) olacaq. Əvvəlcə açılışa həsr olunan mətbuat konfransı keçiriləcək, həmçinin Forumun banisi professor Klaus Şvab giriş müraciətini səsləndirəcək. Görüş zamanı dünyanı əhatə edən iki təşəbbüs irəli sürüləcək. Bunlardan biri 1 milyard insana təlim keçməyi, digəri […]

Yanacaq bahalaşdı

Gürcüstanda 2019-cu ildə avtomobil yanacağının qiyməti 8 tetridən 29 tetriyədək bahalanıb. 2019-cu ilin əvvəlində benzinin qiyməti markasından asılı olaraq 8 tetridən 16 tetriyədək bahalanıb. Dizel yanacağının qiyməti isə 16 tetridən 29 tetriyədək bahalanıb. Hazırda Gürcüstanda yanacaq doldurma məntəqələrində əla markalı (A-98) benzinin bir litri 2,68-2,78 lari (90-95 ABŞ senti), premium (A-95) markalı benzin 2,59–2,65 lari, […]

Türkiyə elektromobilləri Azərbaycanda satılacaq

Türkiyə TOGG markalı yerli avtomobilinin türkdilli ölkələrə ixracında maraqlıdır. Gülüstan.info Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyindən məlumat verilib. Məlumata əsasən, TOGG avtomobillərinin kütləvi istehsal başladıqdan sonra qonşu ölkələrə, xüsusilə də Azərbaycan kimi qardaş türkdilli ölkələrə ixracı prioritetlərdən biri olacaq. Nazirlikdən bildiriblər ki, TOGG həm Türkiyə bazarında, həm də türkdilli […]

Huawei işlədənlər! Şirkət sizə «surpriz» hazırlayıb

Bildiyiniz kimi Huawei ilə Google şirkətinin arası açılmışdı. ABŞ qadağaları səbəbilə Huawei telefonlarında artıq Google servisləri olmayacağı üçün şirkət öz Huawei Mobile Services adını verdiyi alternativ servislərini hazırlayıb istifadəçilərə təqdim etdi. Bu gün açıqlanan məlumatlara görə isə şirkət Huawei Ads adını verdiyi yeni bir servis təqdim edəcək və servisin köməyi ilə telefonlarındakı EMUİinterfeysində istifadəçilərə reklam göstərəcək. Bu sizə bir yerdən tanış gəlir, elə deyilmi?  Huawei, Xiaomi […]

“Tesla” növbəti yeniliyə hazırlaşır

ABŞ-ın “Tesla” şirkəti yeni model maşınlarına süni zəka özəllikləri ilə yanaşı, danışma funksiyasını da əlavə edəcək. “CNNTürk”ə istinadən xəbər verilir ki, süni zəka sahəsində hətta “Apple” kimi şirkətlərlə rəqabətdə olan “Tesla” yeni model maşınlarında danışma özəlliyini də tətbiq edəcək. Xatırladaq ki, 2 il öncə “Tesla” şirkətində süni zəka üzərində çalışan komandanın rəhbərliyinə Andrey Karpatı təyin […]

Kənd təsərrüfatı üçün yeni laboratoriya avadanlığı gətirildi

Azərbaycanın ilk səyyar torpaq sınaq laboratoriyası artıq ölkəmizdədir. Həmin laboratoriya avadanlığı qadın və kişi fermerlərə ətraf mühitin qorunması və tarlalarda sürətli təhlil aparmalarına kömək edəcək. Bu laboratoriya ölkəmizə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və GEF-in köməkliyi ilə gətirilib.

Ötən il 174 milyon manatlıq 2652 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ötən ilin yekunları ilə bağlı hesabat yayıb. Gülüstan.info xəbər verir ki, hesabata əsasən, 2019-cu il Fond üçün uğurlu maliyyə göstəriciləri ilə xarakterizə olunur. Belə ki, 2018-ci illə müqayisədə ötən ilin sonuna Fondun aktivləri 10,2% artaraq 1,41 mlrd. manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 mln. manat olub. 2019-cu il ərzində […]