Müasir Beyləqanın uzaq keçmişə dayanan zəngin tarixi — Fotolar

Ərəb tarixşünasları Beyləqan şəhərinin salınmasını, əsasən, V əsrə — I Qubadın hakimiyyəti illərinə aid edirlər Şərqin qədim şəhərlərindən biri Beyləqan olub. Assur mədəniyyətinə məxsus qalıqların tapılması bu fikrin ən bariz sübutudur. Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan eksponatlar da bu faktı təsdiq edir. Muzeyin direktoru Mehriban İsgəndərova muzeyin yaranması və fəaliyyətindən danışıb: «Muzeyimiz 1980-ci ildə […]

Heydər Əliyev Fondu silsilə tədbirləri davam etdirir: Bu dəfə Sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edilib

Martın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil olunub. Bayram şənliyində müəssisə sakinləri üçün bayram süfrəsi açılıb. Çıxış edənlər sosial cəhətdən həssas qrupların, tənha ahıl insanların Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun […]

Məşhur türk aktyoru Cem Yılmazdan nümunəvi addım

Türkiyəli məşhur komediya ustası Cem Yılmaz xeyriyyəyə böyük məbləğdə pul ayırıb İstanbulda keçirilən “Diamond Elite Platinum Plus” adlı stand-up şousundan əldə etdiyi 300 min türk lirəsini Daun sindromu dərnəyinə bağışlayıb. C.Yılmaz bu barədə özünün tvitter hesabında məlumat yayıb. Mənbə qafqazinfo.az

Bakıda bir həftə Novruz bayramı əhvalı yaşanacaq

Festival “Sahil bağı”nda mart ayının 24-dək davam edəcək Dövlət Turizm Agentliyindən verilən məlumata görə, martın 19-dan etibarən Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması, tarixi kökləri, mahiyyəti və adət-ənənələrinə görə digər bayramlardan fərqlənən Novruz bayramı günlərinin daha maraqlı etmək məqsədilə təşkil olunan festival “Sahil bağı”nda mart ayının 24-dək davam edəcək. Tədbirlərin keçiriləcəyi ərazi Novruz […]

Təbriz şəhərində Novruz bayramı şənlikləri keçirilib — Foto

Güney Azərbaycan şəhərlərində Novruz bayramı şənlikləri geniş miqyasda keçirilir Mərasimlərin keçirildiyi yerlərdən biri də Təbriz bazarı olub. Bu məkanda martın 19-da “Təkəm gəzdirmə”, aşıq musiqisi, Azərbaycanın qədim oyunları və ilaxır çərşənbə ilə bağlı mərasimlər nümayiş etdirilib. Tədbirlərin keçirilməsində məqsəd yerli mədəniyyət və adət-ənənələri qoruyub saxlamaqdır. Oxşar mərasimlər Azərbaycanın digər şəhərlərində də həyata keçirilir. Novruz bayramı […]

Heydər Əliyev Fondu yenə də kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib

Martın 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Talassemiya Mərkəzində, Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində, Suraxanı rayonundakı 2 saylı, Nizami rayonundakı 1 saylı və Xətai rayonundakı 3 saylı uşaq evlərində Novruz bayramı münasibətilə şənliklər təşkil edilib Sosial layihələri, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər […]

Novruz bayramı UNESCO-nun mənzil-qərargahında

Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Hindistanın bu qurumun yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənə şəkildə qeyd olunub Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Xalq artisti Alim Qasımov da tədbirdə iştirak ediblər. İranın UNESCO yanındakı daimi nümayəndəsi Ə.Calali çıxış edərək Novruz bayramı və onun […]

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak ediblər

Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı — Novruz münasibətilə ümumxalq şənliyi keçirilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər. Dövlətimizin başçısı və xanımı Bakının Fəvvarələr meydanına gəliblər. Bayram şənliyinin iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev sakinlərlə söhbət edib. Novruz şənliyinin iştirakçıları ilə xatirə […]