Dünya kinosunun əfsanəsi Alen Delonun beyninə qan sızdı

Görkəmli Fransa aktyoru, dünya kinosunun əfsanəsi Alen Delon beyinə qan sızması diaqnozu ilə O-de-Sen departamentindəki “Neyi-syur-Sen” Amerika hospitalına yerləşdirilib. İnterfaks agentliyinə istinadla bildirilir ki, aktyor xəstəxanada güclü baş ağrılarından şikayət edib. Ətraflı müayinədən sonra onu evə göndəriblər. A.Delonun 83 yaşı var. O, bir neçə həftə əvvəl Kann kinofestivalının “Qızıl palma budağı”na layiq görülüb. Mənbə azertag.az

15 İyun bütün milli parklarda «Açıq qapı» günü olacaq

Azərbaycanın milli parklarında iyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar «Açıq qapı» günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad ediləcək. «Açıq qapı» günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova iyunun 12-də keçirilən mətbuat konfransında məlumat verib. Mətbuat katibi, həmçinin deyib: «Müstəqil Azərbaycan […]

Opera və Balet Teatrında «Leyli və Məcnun»nun növbəti tamaşası keçiriləcək

İyunun 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının növbəti tamaşası keçiriləcək. Teatrdan verilən məlumata görə, budəfəki tamaşa Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsi, peşəkar musiqili teatrın yaradıcılarından biri, Xalq artisti Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunub. Məlum olduğu kimi H.Sarabski Azərbaycan Opera və Balet Teatrının solisti kimi bu […]

Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm sərgi açılıb- Foto

Heydər Əliyev Mərkəzinin parkında tanınmış fotoqraf Reza Deqatinin “Odun ruhu. Vizual səyahətə dəvət” adlı sərgisi açılıb Açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək budəfəki sərgidə tanınmış fotoqrafın Azərbaycanın tarixinin, mədəniyyətinin müxtəlif dövrlərini əks etdirən fotolarından istifadə olunduğunu bildirib. O, Heydər Əliyev Fondunun layihələrində yaxından iştirakına görə müəllifə təşəkkürünü ifadə edərək deyib: “Reza […]

«Sərhədlərin fövqündə» sənədli filminin təqdimatı olub — Foto

«ASAN Həyat» Kino Klubun “CinemaPlus Quba” kinoteatrında Azərbaycan Gənclər Fondunun XI qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə həyata keçirilən və ucqar kənddə çalışan gəncdən bəhs edən «Sərhədlərin fövqündə» sənədli filminin təqdimat mərasimi keçirilib. Gənclər Fondunun maliyyə dəstəyi, Quba rayon Təhsil şöbəsinin dəstəyi ilə ərsəyə gələn ekran işində Qubanın V. Məmmədsalahov adına Cimi kənd tam orta […]

VII Muğam Televiziya Müsabiqəsi başa çatır

Üç ay müddətində həyəcan dolu anların yaşandığı VII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir. İyunun 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək final gecəsi 7 gənc iddiaçının dolğun ifaları ilə yadda qalacaq. Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqə əsl muğam marafonuna çevrilib. VII Muğam Televiziya Müsabiqəsinin final […]

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi işçi axtarır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. AMEA-dan bildirilib ki, vakant yerlər muzeyin komparativistika və bədii tərcümə şöbəsinin böyük elmi işçi, qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçi və ədəbi mərasimlər və nəşrlər şöbəsinin kiçik elmi işçi vəzifəsinə […]

Azərbaycanda nümayiş olunacaq “Riqoletto” operasında bir neçə ölkənin tanınmış solistləri çıxış edəcək

İyunun 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının tamaşası keçiriləcək. Teatrdan verilən məlumata görə, Azərbaycan Dövlət Opera və Balet Teatrı bu tamaşada Riqoletto partiyasını ifa etmək üçün Belqrad Milli Teatrının (Serbiya) aparıcı solisti, vokalçıların beynəlxlaq müsabiqələrinin laureatı Matiç Draqutini dəvət edib. Hersoq rolunda isə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük […]