Gürcüstanda Novruz bayramı ilə bağlı təbrikə azərbaycanlılar etiraz edib

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində reklam lövhələrinin birində Novruz bayramı ilə əlaqədar yerləşdirilmiş təbrik yerli sakinlərin narazılığına səbəb olub Narazılığa səbəb löhvənin bir üzündə Azərbaycan dilində olan “Novruz Bayramınız Mübarək” sözlərində “ı” hərflərinin “i” kimi (Bayraminiz) səhv yazılması olub. Bayramla bağlı təbriki reklam löhvəsinə Marneuli Rayon İcra Hakimiyyəti yerləşdirib. Təbrikdəki səhvin əks olunduğu […]

Vagif Mustafazadə — 79

Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi  Vagif Mustafazadənin doğum günüdür 16 mart 1940-ci ildə Bakı şəhərində İçəri Şəhərdə anadan olmuşdur. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada […]

Bakının yeganə açıq kitabxanası: Oxuduğunu ver, əvəzində yeni birini götür

Bakıda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının (AMK) nəzdində yaradılan açıq kitabxanaya maraq yüksəkdir, bu kitabxanadan gənclər və uşaqlar daha çox istifadə edirlər Bunu AMK-nın direktor müavini Ədibə İsmayılova deyib. Ə.İsmayılovanın sözlərinə görə, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının «Açıq kitabxana» layihəsi çərçivəsində 2016-cı ildə yaradılan məkana gələnlər arasında əcnəbilər də olur: «Açıq kitabxanadan istifadə etmək […]

Gənc ifaçıların diqqətinə! Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək

Aprelin 2-dən 8-dək Bakı şəhərində MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilati dəstəyi ilə Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və folklor musiqisi müsabiqəsi keçiriləcək. Müsabiqənin təşkilat komitəsi artıq öz işinə başlayıb, sənədlərin qəbulu və müsabiqənin təşkili məsələləri ilə […]

Qobustan qoruğunda maraqlı tarixi səhnə aşkarlanıb — Video

Bir neçə ay öncə Qobustan qoruğundakı Tunc dövrünə aid «Çapmalı» yaşayış yerinin yaxınlığındakı qayaların birində qədim Misirdəki «Tazılar və çaqqallar 58 xana» masaüstü oyunu ilə oxşarlıq təşkil edən rəsm aşkar olunub Qoruğun direktoru Vüqar İsayevin sözlərinə görə, 2016-cı ildən icrasına başlanılmış «Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması» layihəsi çərçivəsində 500-dən artıq yeni təsvir aşkar edilib. […]

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında «Külək oyadan çərşənbə», «Küləkli çərşənbə», «Yelli çərşənbə», «Külək çərşənbəsi» kimi də tanınır. İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır. Yel çərşənbəsi günü evlərdə […]

Səudiyyə Ərəbistanının tarixində ilk: Konservatoriya açılacaq

Səudiyyə Ərəbistanı ölkədə ilk konservatoriya binasını inşa etməyi planlaşdırır. Bunu Krallığın Əyləncələr üzrə Baş İdarəsinin direktoru Turki Al əş-Şeyx bildirib Turki Al əş-Şeyx “Əl-Ərəbiyyə” telekanalının efirində deyib: “Mən təbəələr üçün qeyri-adi sürprizi elan etmək istərdim. Mədəniyyət Şurası konservatoriyanın tikintisinə və açılışına tezliklə icazə verilməsi imkanlarını öyrənir”. Doğrudur, Turki Al əş-Şeyx layihənin müddətini və dəyərini açıqlamayıb. […]

«Azərbaycan tarixi və mədəniyyəti» konfransı Həsən Ruhaninin müşavirinin tapşırığı ilə ləğv olunub

Xəbər verdiyimiz kim, martın 6-da təhlükəsizlik qüvvələrinin təzyiqi ilə Mühəqqiq Ərdəbili Universitetində «Azərbaycan tarixi və mədəniyyəti» konfransının keçirilməsinə icazə verilməyib. Konfransın  prezident Həsən Ruhaninin birinci müşaviri Hesaməddin Aşenanın göstərişi ilə ləğv olunduğu məlum olub Bu barədə Mühəqqiq Ərdəbili Universitetinin «Xətayi dərnəyi» Teleqram kanalı məlumat yayılıb. Bildirilib ki, konfrans, başlanmasına bir neçə dəqiqə qalmış prezidentin müşaviri […]