Bakı 28 ℃

USD 1.7
RUB 0.0312
EUR 1.7773
TRY 0.1018
Qızıl 3064.709
Gümüş 34.1546

Türkiyə İngiltərədən Sultan Mehmedin portretini satın alıb

İstanbulun Böyük Şəhir Bələdiyyəsi İngiltərənin «National Gallery» muzeyinin daimi sərgilənən sənət əsərləri arasında yer alan Fateh Sultan Mehmedin original portretini 770 min funt sterlinqə satın alıb. Gulustan.info xəbər verir ki, bələdiyyə həmin əsərin Mehmedin sağlığında çəkilmiş və günümüzə qədər gəlib çıxmış 3 portretden biri olduğunu bəyan edib. Sənət əsəri Londonun «Christie’s» salonunda keçirilmiş hərracda satın […]

Qızıl Qlobus mükafatları təxirə salındı — Koronavirusa görə

Qızıl Qlobus mükafatları 2021-ci ilin fevralına qədər təxirə salınıb. Gulustan.info xəbər verir ki, bu qərarı mükafatların təşkilatçıları veriblər. Belə ki, film və televiziya dünyasını yaxından maraqlandıran Qızıl Qlobus mükafatlarının koronavirus epidemiyası səbəbiylə 2021-ci ilin fevralına təxirə salındığı açıqlanıb. Təşkilatçılar yanvarın ilk bazar gecəsində ənənə halını alan mükafatlandırma mərasiminin 28 fevrala təxirə salındığını bildirib. Bundan əlavə […]

Dağıdılan Alban məbədi və Mədəniyyət nazirliyinin susqunluğu

Zaqatala şəhərinin mərkəzində yerləşən IV-V əsrə aid Alban məbədi Mədəniyyət Nazirliyinin daha bir qurbanıdır. Ermənilər illərdir bu kilsəyə Müqəddəs Qevorq kilsəsi adı verərək özününküləşdirməyə çalışır. Gürcülər də digər tərəfdən qədim alban məbədini özününkü hesab edirlər. Ancaq qədim albanların ibadət yeri olan bu kilsə diqqətdən kənarda qalaraq bu günə düşüb. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent […]

“Səs Uşaqlar” müsabiqəsində böyük dəyişiklik

İctimai Televiziya və Radio Yayımları Şirkəti dünyada prioritetə çevrilən pandemiya səbəbilə bir sıra layihələrinin formatına dəyişiklik edib. İTV-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızının verdiyi məlumata görə, bunlardan da biri yüzlərlə tamaşaçı auditoriyası olan məşhur “Səs Uşaqlar” müsabiqəsidir. Böyük izləyici kütləsi ilə reallaşan müsabiqənin final mərhələsinin vaxtı Operativ Qərargahın verdiyi qərara əsasən, karantin qaydalarına uyğun […]

Azərbaycan Qran-prisinin ləğvinə münasibət

Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisi ləğv olunub. Bu barədə yarış təşkilatçıları bəyanat yayıb. Bildirilib ki, 2020-ci ildə Sinqapur və Yaponiya ilə yanaşı, Azərbaycan Qran-prisi ləğv olunub. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən isə açıqlamasında qeyd edib ki, COVİD-19 pandemiyası səbəbindən «Formula-1» Azərbaycan Qran-prisi 2020 ləğvindən böyük təəssüf hissi keçirir: «Yarışımızın 2020-ci ildə baş tutması üçün […]

Teymur Mustafayev koronavirusdan vəfat edib — RƏSMİ

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayevin ölüm səbəbi məlum olub. TƏBİB-dən Gulustan.info-ya bildirilib ki, 04.06.2020-ci il tarixində “Yeni Klinika” tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə […]

Teymur əmi dünyasını dəyişdi

Xalq artisti Teymur Mustafayev dünyasını dəyişib. 81 yaşlı məşhur xanəndə bu gün vəfat edib. Mədəniyyət Nazirliyi T. Mustafayevin ölüm xəbərini təsdiqləyib. Nazirliyin məlumatına əsasən, sənətçinin dəfn olunma vaxtı və yeri barədə açıqlama veriləcək.

Mədəniyyət nazirliyinin qurbanlarından biri — Abşeron «daş yolları» — FOTOLAR

Azərbaycanda dünyanın diqqətini çəkəcək sirli məkanlar çoxdur. Ən ucqar dağ kəndindən Bakının mərkəzi küçəsinə qədər hər yerdə bir sirr özünü saxlayır. Azərbaycanın sirli məkanları barədə qədim tarixçilər çox yazıblar. Hələ də suallara cavab tapılmayan məkanlardan biri də yaşı 5000 il əvvələ gedib çıxan Abşeron «daş yolları»-dır. Siyasi elmlər üzrə fəlsəfə doktoru, araşdırmaçı-alim Zaur Əliyev Abşeron […]