Bakı 26 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

Azərbaycan “Avroviziya -2022”nin finalında

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib. İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin 2-ci yarımfinalında 18 ölkənin təmsilçiləri yarışıb. Azərbaycan, Finlandiya, İsrail, Serbiya, Gürcüstan, Malta, San-Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Polşa, Monteneqro, Belçika, İsveç, Rumıniya və Çexiya təmsilçiləri öz performanslarını nümayiş etdiriblər. Azərbaycanı […]

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir. Gulustan.info xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib. Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir. Mayın 8-dək davam edəcək Beynəlxalq Kulinariya […]

Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirilib

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tarixi binlarından olan və ictimai siyasi tədbirlərin keçirildiyi məkan Meridian Beynəlxalq Mərkəzində ( Meridian İnternational Center) “Azərbaycan Mədəniyyət Gecəsi” adlı caz konserti və qəbul keçirilmişdir. ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirə qatılmışdır. Tədbirdə […]

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək

Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər. Heydər Əliyev Fondundan verilən xəbərə görə, ləziz təamlar bayramına çevriləcək Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək. Beynəlxalq Kulinariya Festivalında Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, […]

Kreml sarayında Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertuarından hitlər ifa edəcək. Bu barədə Orkestrin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, “Sənsiz mahnı yoxdur” gecəsi maestronun anadan olmasının 80 illiyinə həsr olunacaq. “2022-ci ildə Rusiyada böyük bir tarix — əfsanəvi müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm […]

Azərbaycan 59-cu Venesiya Biennalesində təmsil olunur — Fotolar

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 59-cu Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur. Biennaledə ölkəmiz “Sevmək üçün doğulanlar” (“Born to love”) mövzusundakı milli pavilyonla iştirak edir. Şəhərin ən izdihamlı məkanlarından birində — Müqəddəs Mark Meydanındakı qədim “Procuratie Vecchie” binasında Azərbaycandan olan 7 rəssam — Juk (Nərmin İsrafilova), Infinity, Ramina Səadatxan, Fidan Kim (Novruzova), […]

Əhməd Cavadın 130 illiyi qeyd ediləcək — SƏRƏNCAM

Prezident İlham Əliyev Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam verib. Gulustan.info-nun məlumatına görə, Sərəncamda qeyd edilir ki, 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur. Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi […]

Şuşada Azərbaycan və Özbəkistan şairlərinin şeir məclisi keçirilib

28 ildən sonra Ermənistan işğalından azad olunmuş Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə «Məclisi-fəramuşan» şairlər məclisinin rəsmi açılışı olub. Mədəniyyət Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyi, hər iki ölkənin Yazıçılar Birliyi, habelə şairləri iştirak ediblər. İlk öncə Azərbaycan şairləri Qarabağ ədəbi məktəbinin tanınmış nümayəndəsi Molla Pənah Vaqifin məqbərəsini […]