Prezidentdən Akademik Milli Dram Teatrının 100 illiyi ilə bağlı SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. […]

Tom Henksdən yeni möhtəşəm FİLM — VİDEO

Film müasir dövrdə yaxşılıq etməkdən bəhs edir Tom Henksin rol aldığı «Qonşuluqda gözəl gün» filminin ilk treyleri yayılıb. RİA Novosti-yə istinadən xəbər verilir ki, ekran əsəri real hadisələr əsasında çəkilib. Filmdə kompleksiz jurnalist Tom Cunonda (Metyu Rizin qəhrəmanı -red.) tanınmış uşaq verilişinin aparıcısı Fred Rodcers haqqında yazı hazırlamaq tapşırığı verilir. O, verilən tapşırığa həvəssiz yanaşsa […]

Şəki Xan Sarayı artıq hər kəsi qəbul edə bilər

“Şəki Xan Sarayı turistləri qəbul etməyə prinsipcə hazırdır”. Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Şəki Xan Sarayında bərpa, budanma və təmizlik işləri yekunlaşıb: “Hazırda saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılma prosesi gedir. Çünki burada təhlükəsizliyə cavabdeh olan qurumlar var. Prinsipcə saray turistləri qəbul etməyə hazırdır. […]

“Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi — TEZLİKLƏ

Heydər Əliyev Mərkəzində tezliklə “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi açılacaq. Hazırda sərgi üzərində son tamamlama işləri gedir və yeni mövsümdən daha bir unikal layihə izləyicilərin ixtiyarına veriləcək. Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunacaq. Əsrlər boyu bir-birinə qonşu olan ölkələrdə vahid mədəni məkan yaranıb və qarşılıqlı əlaqələr nəticəsində […]

22 İyul Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. 144 il öncə — 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, […]

Niyə görə tarixi məkanlarda şəkil çəkməyə icazə verilmir?

Son bir neçə ildə Azərbaycana gələn turistlərin sayı xeyli artıb. Onlar paytaxt Bakı və digər şəhərlərdə tarixi məkanlara səyahət etməyə, tarixi abidələr, muzeylərlə tanış olmağa xüsusi maraq göstərirlər.Yerli və xarici turistlərin səyahət etdikləri bəzi məkanlarda şəkil və video çəkmək sərbəst olsa da, bəzilərində isə qadağandır.  Ceyhun Aşurov suallara cavab verib. Ekspertin sözlərinə görə, tək Azərbaycan […]

Bakıda yerləşən dünyadakı ən gözəl məbədlərdən biri niyə partladıldı? — Foto

Əgər Bakıdakı Aleksandr Nevski kafedralı dağıdılmasaydı, bu gün dünyanın hər yerindən milyonlarla insan İstanbuldakı Aya Sofya məbədini deyil, məhz paytaxtımızı ziyarət edərdi. Bu barədə nə vaxtsa şəhərləri bəzəmiş tarixi tikililərin bərpası ilə məşğul olan rusiyalı 3D illüstratorlar da danışır. Bakıdakı Aleksandr Nevski məbədi barədə məlumatların yer aldığı bütün mənbələrdə abidənin gözəlliyi xüsusilə vurğulanır. Abidə bir […]

Tarixi abidənin bərpa işlərinə start verilib

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid “Çıraqqala” abidəsində bərpa işlərinə başlanılıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynovun verdiyi məlumata görə, bu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün […]