Şəkidə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə növbəti konsert keçirilib — FOTO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə növbəti konsert proqramı mayın 3-də Şəki şəhərində reallaşıb. Fonddan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan konsertdə tanınmış müğənnilərin və gənc istedadların ifasında xalq, bəstəkar və estrada mahnıları, müxtəlif rəqslər təqdim edilib. Tədbirdə bildirilib ki, yarandığı ilk […]

“Oskar” mükafatı ilə bağlı maraqlı faktlar

Kinematoqrafiya Sənət və Elm Akademiyasının təsis etdiyi “Oskar” mükafatı ilk dəfə 16 may 1929-cu ildə Hollivudun “Roosevelt” otelində təqdim olunub.İlk vaxtlar mükafatın təqtimatı canlı yayımlanmasa da 1953-cü ildən televiziya ilə də göstərilməyə başlayıb. Mükafatın “Oskar” adlandırılması barədə bir çox məlumat var, amma əksər mənbələrdə akademiyanın  direktoru Marqarit Herriklə əlaqəli olduğu bildirillir. O, fiquru ilk dəfə […]

Fuad Poladovun xatirəsinə tamaşa həsr olundu

Mərhum Xalq artisti Fuad Poladovun xatirəsinə həsr olunan tamaşa nümayiş olunacaq. Əməkdar artist Münəvvər Əliyeva, aktrisa Fidan Bayramova və aktyor Hikmət Rəhimovun iştirakı ilə mayın 24-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Köhnə telefon” tamaşasının premyerası olacaq. Qeyd edək ki, fransız kimyaçı Paul Villardın “Köhnə telefon” əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyevə məxsusdur. Mənbə musavat.az

Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mühacir ədəbiyyatımızın görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib. ADPU-dan bildirilib ki, seminar universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə reallaşıb. Seminarda gənc araşdırmaçı-jurnalist, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd görkəmli ədibin həyat […]

Bu gün Beynəlxalq Caz Günüdür

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir. Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər […]

Kann kinofestivalı üçün jurilərin kimliyi açıqlandı

Yunanıstan aktyoru və ssenaristi Yorqos Lantimos, polşalı rejissor Pavel Pavlikovski və aktrisa El Fanninq 72-ci Kann kinofestivalının münsiflər heyətinə daxil olub. Festivalın saytına istinadla xəbər verilir ki, ekran əsərləri, həmçinin ssenarist Roben Kapiyo, kinorejissorlar Enki Bilal və Aliçe Rorvaher tərəfindən qiymətləndiriləcək. Jüriyə meksikalı rejissor Alehandro Qonsales İnyarritu başçılıq edəcək. Mayın 14-25-də keçiriləcək festivalın seçim komitəsinə […]

100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın iştirakı ilə Bakıda Forum keçiriləcək — RƏSMİ

Bir sıra ölkələrin Mədəniyyət və Xarici İşlər nazirləri 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. Mayın 2-3-də Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, […]

Milli Dram Teatrının may ayı repertuarı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının may ayı üçün nəzərdə tutulan repertuarı zəngindir. Repertuarı təqdim edir: 2 may – “Manqurt” 3 may — “Ölülər” 4 may – “Sərgüzəşti vəziri xani Lənkəran”, “12-ci gecə və ya hər nə istəsəniz” 5 may – “Çipollino”, “Cəhənnəm sakinləri” 10 may – “Boy çiçəyi” 11 may – “Nindza tısbağalar”, “Şah […]