Bəstəkar Arif Məlikov dünyasını dəyişdi

Məşhur bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət”, “İstiqlal”, “Heydər Əliyev” ordenli Arif Məlikov vəfat edib. TreBəstəkarla vida mərasimi saat 14:30-da Bakı Musiqi Akademiyasında keçiriləcək.

Bakının 6 yerində hərbi orkestrlərin çıxışı ilə konsert proqramı olacaq — Ünvanlar

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları təşkil olunacaq. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, orkestrlər şəhərin müəyyən edilmiş 6 yerində çıxış edəcək: — Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında); — Əhmədli qəsəbəsi Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyevparkında; — Zərifə Əliyeva parkında; — Zabitlər […]

«Şuşanın dağları qara dumanlı» filminin təqdimatı olub

Filmin əsas süjet xəttini Şuşanın işğalı, daxildəki xəyanət, baş verən hadisələrə o dövrün hakimiyyətinin laqeyd münasibəti təşkil edir Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məsləhətçisi, Əməkdar jurnalist Mübariz Əsgərovun müəllifi olduğu «Şuşanın dağları qara dumanlı» sənədli filminin təqdimatı keçirilib. Təqdimat mərasimində millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Musa Qasımlı və digər ziyalılar iştirak ediblər. […]

Leyla Əliyevanın sözlərinə yazılmış mahnıya Türkiyədə klip çəkildi

Türkiyədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yazdığı şeirə bəstələnmiş mahnıya klip çəkilib.  Qeyd edək ki, “Если б звезды ступеньками стали” adlı şeir mərhum prezident Heydər Əliyevə həsr olunub.Şeirin sözlərinə yazılmış mahnı tanınmış vokalçı, İngiltərədəki Beynəlxalq Musiqiçilərin Azadlıq Federasiyasının azərbaycanlı musiqi səfiri Gülşən Akın İbadova tərəfindən ifa olunub.Mahnının musiqisi bəstəkar və müğənni Rizvan Sədirxanova, ekran işi […]

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yubiley tədbirində iştirak edib — Foto

Beynəlxalq Muğam Mərkəzində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 5 illik yubiley tədbiri keçirilib Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, xarici qonaqlar və media nümayəndələri iştirak edib. Əvvəlcə «Tolerant Azərbaycan gənci» adlı rəsm və heykəltəraşlıq sərgisinə baxış keçirilib. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının […]

Heydər Əliyev Fondunun 15 illiyi Xaçmazda — Möhtəşəm konsert keçirildi

Mayın 5-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Xaçmaz şəhərində keçirilən konsert proqramı böyük coşqu ilə qarşılanıb. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan konsertdə tanınmış müğənnilərin və gənc istedadların ifasında xalq, bəstəkar və estrada mahnıları, müxtəlif rəqslər təqdim edilib. Tədbirdə bildirilib ki, yarandığı ilk gündən başlayaraq […]

İtaliya prezidenti «Notre-Dame de Paris»də

Mən İtaliya ilə Fransa arasındakı dostluğu nümayiş etdirmək üçün buradayam. Bu sözləri İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Paris Notr-Dam kilsəsinə baş çəkərkən söyləyib. Qeyd edək ki, İtaliyanın dövlət başçısı Fransaya dünya şöhrətli rəssam Leonardo da Vinçiyə həsr olunmuş tədbirdə iştirak etmək üçün səfər edib. Mənbə azertag.az

Bakıda Musa Nağıyevin heykəli ucaldılacaq

Bakıda azərbaycanlı milyonçu, neft hasilatçısı və xeyriyyəçi Ağa Musa Nağıyevin heykəlinin ucaldılması məsələsi nəzərdən keçirilir. Bunu açıqlamasında Ağa Musa Nağıyev adına “Milli Dəyələrin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun fəaliyyətinin tədqiqatçısı, nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyeva bildirib. Onun sözlərinə görə, heykəlin Səhiyyə Nazirliyinin həyətində ucaldılması təklif olunub: “Səhiyyə Nazirliyinin hazırkı binasını vaxtilə Ağa Musa Nağıyev xəstəxana […]