Bakı 16 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

Opera və Balet Teatrının oktyabr repertuarı — Siyahı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi gələn ay tamaşaçıların görüşünə maraqlı səhnə əsərləri ilə gələcək. Sənət ocağının oktyabr ayı üçün nəzərdə tutduğu repertuarını təqdim edir: 2 oktyabr – “Traviata” 6 oktyabr – “Şah İsmayıl” 8 oktyabr – “Min bir gecə” 12 oktyabr – “Şəhrizad”, “Bolera” 13 oktyabr – “Arşın mal alan” 15 […]

Filarmoniyada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş konsert keçirilib

Sentyabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib. Konsert Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb. Orkestrin bədii rəhbəri və dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, solisti Alyona Bayevadır. Musiqili gecədə Karl Jenkinsin “Palladio”, Azər Dadaşovun fortepiano və simli orkestr üçün konserti səslənib. Rodion Şedrin […]

“YARAT”da növbəti performans — “Runanşah”

Sentyabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Fərhad Fərzəliyevin “Runanşah” adlı video və səs performansı təqdim olunacaq. Bu əsər, şahidlərin sözlərinə görə, Xəzər dənizində yaşayan balıq quyruqlu məxluq – Runanşah ilə bağlı müəllifin apardığı davamlı araşdırmalardan əldə edilən nəticələrin təqdimatıdır. Bu hekayənin kökü miflərə, Şərq slavyanlarının nağıl və miflərində yer alan möcüzəli su pəriləri, eləcə […]

Leyla Əliyeva Dənizkənarı Milli Parkda fotosərginin açılışında iştirak edib — FOTO

Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş “Bir günəş altında” adlı fotosərgi açılıb. Sərgi Heydər Əliyev Fondunun dəstəyi, Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib. Bu sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış fotoşəkilləri təqdim edilir. […]

Bakıda “Jazz Fans” İctimai Birliyi və jazz.az saytı cazsevərlərə təqdim edilib

Milli Musiqi Günündə Bakıda “Jazz Fans” ( “Cazın dostları”) İctimai Birliyi və jazz.az saytının yenilənmiş versiyasının təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin Xalq artisti, tanınmış pianoçu Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycanın Xalq artisti, professor Siyavuş Kərimi, yaradıcı ziyalıların nümayəndələri, incəsənət […]

Hacı Zeynəlabdin Tağıyev barədə — O qatil, yoxsa xeyriyyəçi idi?

Axar TV-nin “Faktlar və Aktlar” layihəsinin bugünkü qonağı tarix üzrə fəlsəfə doktoru, azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev irsinin araşdırıcısı Fərhad Cabbarovdur. Fərhad Cabbarov müsahibədə aşağıdakı tezislər üzərində danışaraq, H.Z.Tağıyevlə bağlı sirli məqamlara aydınlıq gətirib: * Tağıyev özündən 57 yaş kiçik qızla evlənmişdi?* Tağıyevin həyat yoldaşı Sona xanımın sensasion məktubu…* Doğrudanmı görkəmli aktyor Hüseyn Ərəblinskini […]

Stansiyalarda əsl bayram əhvalı yaşanıb

18 Sentyabr – Milli Musiqi Gününün Bakı Metropolitenində xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Sərnişin axınının gur olduğu bir neçə stansiyası hər il bu bayramın ovqatına köklənir. Bu gün də səhər saat 11-dən başlayaraq, günorta saatlarına qədər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları […]

Üzeyir Hacıbəyli ilə bağlı bilməmiz vacib olan 10 FAKT

Bu gün görkəmli bəstəkar, publisist, ictimai xadim Üzeyir Hacıbəyovun (1885-1948) doğum günüdür. Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulub. Kult.az Üzeyir Hacıbəyovla bağlı 10 maraqlı faktı təqdim edir: 1. Üzeyir Hacıbəyov Azərbaycan tarixində ilk bəstəkardır və müsəlman Şərqində ilk operanın banisidir. 2. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, daha […]