Bakı 30 ℃

USD 1.7
RUB 0.0241
EUR 1.909
TRY 0.248
Qızıl 3016.718
Gümüş 30.6249

Prezident Niyaməddin Musayevi təltif edib

Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. N. Musayev Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Qeyd edək ki, mayın 1-də N.Musayevin 80 yaşı tamam olur.

Formula 1-də iki komandanı işdən azad etmək qərarı

Kovid -19, Formula 1-i get-gedə çətinləşdirir. Dünyanın ən bahalı idmanlarından olan mübarizədə Mercedes və Ferrari ilə müqayisədə  daha aşağı  büdcəli komandalar, ayaqları üzərində dura bilmək  üçün yeni qərarlar qəbul edirlər. Gulustan.info TRT SPOR-a istinadən xəbər verir ki, Rokit Williams və Racing Point mayın sonuna qədər işçilərinin əksəriyyətinin müvəqqəti olaraq işdən çıxarılacağını bildirib. Eyni zamanda, Komandalar, üst […]

Koronavirusla mübarizəyə 5 milyon ayıran müğənni pərəstişkarlarına da pul yollayır

Ulduz müğənni Taylor Svift koronavirusla mübarizə üçün 5 milyon dollar pul ayırmaqdan əlavə pərəstişkarlarına da yardım edir. Gülüstan.info xəbər veir ki, o maddi imkanı olmayanlara 3 min dollar pul verir. Onun bu addımı sosial şəbəkədə ən çox müzakirə edilən mövzularından birinə çevrilib.

Rauf Babayev vəfat edib

Bu gün Azərbaycanın Xalq artisti, müğənni Rauf Babayev 83 yaşında dünyasını dəyişib. Rauf Babayevlə vida mərasimi bu gün saat 13:00-da Təzə Pir məscidində olacaq. Mərhum 2-ci Fəxri Xiyabanda dəfn ediləcək. Xatırladaq ki, Rauf Babayev 1961-ci ildən “Qaya” vokal instrumental qrupunun üzvü, uzun illər “Bəri bax” vokal qrupunun bədii rəhbəri olub. 2001-ci ildən isə “Qaya” Dövlət […]

Prezident Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev martın 12-də görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə Mədəniyyət Nazirliyinə tapşırılıb.

İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb

Azərbaycan neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhərində böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılsın. 2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Hacı […]

Leyla Əliyevadan Azərbaycanı təsvir edən möhtəşəm paylaşım — Videoçarx

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabında Azərbaycanı təsvir edən videoçarx paylaşıb. “Baku Media Center”in hazırladığı videoçarxda ölkəmizin təbiəti, mədəni, idman həyatı, gündəlik yaşam tərzi əks olunub.

Fatih Terimdən Belhandaya sərt reaksiya: «Səni Qalatasarayda görmək istəmirəm»

20 il sonra Kadıköydə Fənərbaxçanı məğlub edərək çempionluq yolunda böyük addım atan Qalatasarayın baş məşqçisi Fatih Terimin hədəfində Younes Belhanda var. Kadıköydəki qələbəsinə baxmayaraq, Fatih Terimin Belhandaya sərt reaksiya verdiyi və Faslı futbolçunu Qalatasarayda görmək istəmədiyi bildirilir. Gulustan.info türk mediasına istinadən bildirir ki, buna səbəb isə mübarizənin 80-ci dəqiqəsində Falcaonun cərimə qolu ilə 2-1 önə […]