Toylarımıza yeni qanun qoyulur?

Şadlıq saraylarında POS terminallar quraşdırılsa, toy sahibi yığılan vəsaitə görə vergi ödəməlidir Bu sözləri ekspert Radil Məmmədov bir neçə gündür şadlıq saraylarının birində «oğlan evi» və «qız evi» qutularının üzərində POS terminalların quraşdırılmasına münasibət bildirərkən deyib. Şadlıq sarayları isə bunun ailənin istəyindən asılı olduğunu bildirir. Yəni əgər toy sahibi ənənəvi qaydada deyil, POS-terminal vasitəsilə pul […]

Ərdoğan sözündən necə döndü?

Aya Sofya məbədi məscid-muzey kimi fəaliyyət göstərə bilər Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, İstanbulun Aya Sofya məbədi martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra məscid-muzey kimi fəaliyyət göstərə bilər. Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Yeni Zelandiyada məscidlərdə törədilmiş terror aktlarını şərh edərkən Aya Sofyanın məscid […]

Ancelina Coli kino tarixinə qovuşur

Məşhur Hollivud ulduzu Ancelina Coli kinodan gedir Bu barədə “Şerbruk Tayms” nəşri yazıb. Məlumata görə, aktrisa doğulduğu və uzun illər yaşadığı Los-Ancelesdən Nyu Yorka köçməyə qərar verib. O, həmçinin teatr karyerasına başlamağı planlaşdırıb. Colinin dostlarının fikrincə, aktrisanın həyatında bu cür dəyişikliyə getməsinin səbəbi aktyor Bred Pittlə ağır boşanma prosesi olub. Həmçinin ayrılıq prosesində bir çox […]

Azərbaycanın qədim abidəsində bərpa işlərinə başlanacaq

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə may-iyun aylarında başlanılacaq Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, qalanın bərpa-konservasiya işləri ilə bağlı sənədlər hazırdır: «Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkənin ən qədim tarixi […]

Xalq artisti Lütfəli Abdullayev — 105 il

Lütfəli Abdullayev 1914-cü il 22 martda Şəki şəhərində doğulub. Oradakı yeddillik məktəbi bitirib, bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuşdur. Tezliklə o, yardımçı aktyor kimi […]

Dünya musiqisinin möcüzəsi Sebastian Bax — 334 yaş

Bu gün İohan Sebastian Bax 21 Mart 1685-ci ildə  dünyaya gelib. Yeddi  yaşında təhsil almağa başlayan Bax oxumağı, yazmağı, latin dilini  öyrənir. 10 yaşı olarkən  valideynlərini itirir və qardaşının himayəsi altına alınır. Özündən  on dört yaş böyük olan və bir kilsədə orqan çalan  İohann Kristof onu himayəsi altına alır ve orqan çalmağı öyrədir. Gözəl soprano […]

Müasir Beyləqanın uzaq keçmişə dayanan zəngin tarixi — Fotolar

Ərəb tarixşünasları Beyləqan şəhərinin salınmasını, əsasən, V əsrə — I Qubadın hakimiyyəti illərinə aid edirlər Şərqin qədim şəhərlərindən biri Beyləqan olub. Assur mədəniyyətinə məxsus qalıqların tapılması bu fikrin ən bariz sübutudur. Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan eksponatlar da bu faktı təsdiq edir. Muzeyin direktoru Mehriban İsgəndərova muzeyin yaranması və fəaliyyətindən danışıb: «Muzeyimiz 1980-ci ildə […]

Heydər Əliyev Fondu silsilə tədbirləri davam etdirir: Bu dəfə Sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edilib

Martın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil olunub. Bayram şənliyində müəssisə sakinləri üçün bayram süfrəsi açılıb. Çıxış edənlər sosial cəhətdən həssas qrupların, tənha ahıl insanların Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun […]