Bakı 16 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

“Nobel qardaşlarının ilk uğuru” filminin uğur səsi ABŞ-dan gəldi — Fəxri sertifikata layiq görülüb

“Nobel qardaşlarının ilk uğuru” filmi ABŞ-da “Accolade Qlobal Film Yarışması”nda bütün mərhələləri keçdikdən sonra “Ən yaxşı sənədli filmi” kateqoriyası üzrə fəxri sertifikata layiq görülüb. Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda “SSP Production” tərəfindən cari ilin martında istehsal olunan “Nobel qardaşlarının ilk uğuru” sənədli […]

Nazir Musa Yaquba “Xalq şairi” fəxri adını təqdim etdi (FOTO)

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adlarına layiq görülüb. Sentyabrın 5-də Mədəniyyət naziri Əbülfəs Qarayev Xalq şairinə fəxri adın nişanını və vəsiqəsini təqdim edib. Nazir Musa Yaqubu təbrik edərək onun müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə […]

Nyu-York Moda həftəsi artıq başladı

Sentyabrın 4-də ABŞ-ın Nyu-York şəhərində geyim sənayesinin ən vacib hadisələrdən biri sayılan Moda həftəsinin açılışı keçirilib. TASS agentliyinə istinadən xəbər verilir ki, sentyabrın 11-dək davam edən Moda həftəsində 2020 yaz-yay kolleksiyaları təqdim olunur. Tədbirin çərşənbə günü başlanmasına baxmayaraq ilk iki gündə gənc dizaynerlərin əl işləri nümayiş olunacaq. Ziyarətçilər bir neçə xeyriyyə şousu, eləcə də qarşıdan […]

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq müsabiqənin müddəti bitdi

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşların qatıldığı müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ötən müddət ərzində təqdim olunan ərizə və eskizlər […]

“VarYox” təşkilatının dəstəyi ilə Dövlət Turizm Agentliyi fotomüsabiqə keçirəcək

Azərbaycan Turizm Bürosu cari ilin sentyabr ayından etibarən fotomüsabiqələrə start verir. Dövlət Turizm Agentliyindən bildirilib ki, 2020-ci ilin avqustunadək hər ay keçiriləcək müsabiqələr müxtəlif mövzuları əhatə edəcək. “VarYox” mədəniyyət və incəsənət təşkilatının dəstəyi ilə həyata keçirilən müsabiqəyə yalnız Azərbaycanda çəkilən və məzmun cəhətdən ölkəmizin turizm imkanlarını özündə əks etdirən fotolar qəbul olunacaq. Belə ki, yaşı […]

Azərbaycan məhsulu “Nobel qardaşlarının ilk uğuru” filmi İtaliya festivalında finala vəsiqə qazandı — Foto

Nobel qardaşlarının ilk uğuru” filmi İtaliyada İnternational Festival “Cinema Povero” finala vəsiqə qazanıb. Bu barədə musavat.com-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib: «Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi “2019 İnternational Festival “Cinema Povero” festivalida ən yaxşı sənədlər kateqoriyasi üzrə finala vəsiqə qazandı. Sentyabrın […]

“Eurovision” 2020 bu ölkədə keçiriləcək

2020-ci il “Eurovision” mahnı müsabiqəsi Rotterdamda keçiriləcək. Təşkilatçıların məlumatına istinadən xəbər verilir ki, müsabiqənin yarımfinal ifaları may ayının 12 və 14-də, final mərhələsi də 16-da “Rotterdam Ahoy” salonunda keçiriləcək. Həmin məkanda daha əvvəl Şakira, Britni Spörs, Ledi Qaqa, Meraya Kari kimi bir çox ulduzlar konsert veriblər. XatIrladaq ki, bu il Təl Əvivdə keçirilmiş “Eurovision”da Niderland […]

«Səs» Azərbaycanda yenidən yayımlanacaq, amma bu dəfə…

Populyar musiqi televiziya layihəsi «Səs» Azərbaycanda yenidən ekranlara qayıdır. Vokal şousu bu dəfə uşaqlar arasında keçiriləcək. «Səs uşaqlar» adlı musiqi müsabiqəsi yeni mövsümdən İctimai Televiziyanın efirində yayımlanacaq.  Sözügedən beynəlxalq yarışmada iştirak etmək istəyən uşaqlar üçün yaş həddi 8-14 arasındadır. Səsini, istedadını və bacarığını bütün Azərbaycana tanıtmaq istəyən uşaqlar bu müsabiqəyə qatıla bilər. Məlumat üçün bildirək […]