Bu gün Mirzə Cəlilin doğum günüdür — 150

Bu gün görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin doğum günüdür O, 1869-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. Mirzə Cəlilin “Ölülər”, “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları” və başqa əsərləri Azərbaycan ədəbiyyatının ən maraqlı nümunələrindəndir. Böyük yazıçının publisistikası da bir-birindən dəyərli məqalələrlə zəngindir. Kult.az Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının 20 noyabr 1917-ci il sayında yayımlanmış “Qondarma bəylər” […]

Misir fironu Tutanxamonun mumiyası Londonda nümayiş olunacaq

Misir fironu Tutanxamonun mumiyası və 150 eksponat Londonda Saatchi Qalereyasında sərgilənəcək Sərginin keçirilmə səbəbi fironun məzarının kəşf edilməsinin 100 illiyi ilə əlaqədardır. Sərgi 2019-cu ilin noyabr ayından 2020-ci ilin mayına qədər davam edəcək. 1972-ci ildə Britaniya Muzeyində sərgilənən Tutanxamonun mumiyasını 1 milyondan çox insan ziyarət edib. Mənbə Azertag.az

Niderlandın ən məşhur jurnalı Azərbaycan filmindən yazdı

Niderlandın ən məşhur +31mag jurnalı Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmindən yazıb +31mag Niderlandın ən məşhur jurnallarından biridir, nəşrdə ingilis və italyan dillərində xəbərlər yerləşdirirlər. Bu jurnalın saytının ana səhifəsində “Şollerin arxivi” bədii filmi ilə əlaqədar iki məqalə yerləşdirilib.  Bu barədə filimin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. Onun sözlərinə […]

Dünyaca məşhur modelyer dünyasını dəyişdi

Məşhur alman modelyer Karl Laqerfeld dünyasını dəyişib Modelyerin ölüm xəbərini “La Fiqaro” qəzeti və digər media qurumları da təsdiqləyib. Qeyd edək ki, Laqerfeld 85 yaşında idi.

Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının əsərlərindən ibarət sərgi açılıb

Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış nadir avanqard kolleksiya nümayiş olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib. Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərgi […]

Pianoçumuz beynəlxalq müsabiqədə ikinci oldu

Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” müsabiqəsində 2-ci yerə layiq görülüb. F.Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib. Bakıda anadan olan Firuzə Nəcəfli 2006-cı ildə Rafiq Babayev adına uşaq musiqi məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyaya qəbul olunub və 2009-cu […]

Kral ailələri Azərbaycana istirahətə gəldi

Fars körfəzi ölkələrinin kral ailələri Azərbaycanın meşəlik-dağlıq bölgəsi olan və “təbiət vurğunları üçün cənnət” adlandırılan Qəbələni sevimli istirahət məkanı olaraq seçib. Bu barədə “TradeArabia” nəşri yazıb. Məlumata əsasən, Qəbələ kübar ərəblər arasında yayda olduğu kimi, qışda da populyardır. Eyni zamanda, mənbə qeyd edir ki, Azərbaycan mədəniyyəti, halal qidaları, qonaqpərvər insanları, musiqisi və tarixi sayəsində bütövlükdə […]

Leyla Əliyeva uşaqlarla birgə əyləncə proqramında – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib. Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə  Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər. “CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər. oxu.az