Dünyaca məşhur modelyer dünyasını dəyişdi

Məşhur alman modelyer Karl Laqerfeld dünyasını dəyişib Modelyerin ölüm xəbərini “La Fiqaro” qəzeti və digər media qurumları da təsdiqləyib. Qeyd edək ki, Laqerfeld 85 yaşında idi.

Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının əsərlərindən ibarət sərgi açılıb

Heydər Əliyev Mərkəzində “Zamanında. Rusiya regional muzeylərinin 1900-1930-cu illərə aid rus avanqardı kolleksiyaları. Üçüncü hissə” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, ekspozisiyada Rusiyanın 17 şəhərindəki regional muzeylərdən toplanmış nadir avanqard kolleksiya nümayiş olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib. Mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərgi […]

Pianoçumuz beynəlxalq müsabiqədə ikinci oldu

Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” müsabiqəsində 2-ci yerə layiq görülüb. F.Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib. Bakıda anadan olan Firuzə Nəcəfli 2006-cı ildə Rafiq Babayev adına uşaq musiqi məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyaya qəbul olunub və 2009-cu […]

Kral ailələri Azərbaycana istirahətə gəldi

Fars körfəzi ölkələrinin kral ailələri Azərbaycanın meşəlik-dağlıq bölgəsi olan və “təbiət vurğunları üçün cənnət” adlandırılan Qəbələni sevimli istirahət məkanı olaraq seçib. Bu barədə “TradeArabia” nəşri yazıb. Məlumata əsasən, Qəbələ kübar ərəblər arasında yayda olduğu kimi, qışda da populyardır. Eyni zamanda, mənbə qeyd edir ki, Azərbaycan mədəniyyəti, halal qidaları, qonaqpərvər insanları, musiqisi və tarixi sayəsində bütövlükdə […]

Leyla Əliyeva uşaqlarla birgə əyləncə proqramında – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da valideyn himayəsindən məhrum uşaqlar üçün təşkil olunan əyləncə proqramında iştirak edib. Uşaq evi və internat məktəblərində təlim-tərbiyə alan 200-dək uşaq və yeniyetmə  Leyla Əliyeva ilə birlikdə foto çəkdirib, səmimi söhbət ediblər. “CinemaPlus”da təşkil olunan əyləncə proqramında uşaqlar daha sonra “Spark” animasiya filmini izləyiblər. oxu.az

Rusiya prezidenti terrorçu qruplaşmalardan danışdı

Bir sıra xarici xüsusi xidmət orqanları Rusiya sərhədləri yaxınlığında regionların sabitliyini pozmaq üçün ekstremist və terrorçu qruplaşmaları dəstəkləyir. Bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb. V.Putinin sözlərinə görə, bu cəhdlərin məqsədi ölkənin inkişafının qarşısını almaq, sərhəd yaxınlığında olan bölgələrdə qarışıqlıq yaratmaqdır. www.oxu.az  

Salvador Dalinin qəbri eksqumasiya olunacaq

Məşhur ispan rəssamı Salvador Dalinin qəbri açılacaq. Eksqumasiya məhkəmə qərarı ilə baş tutacaq. Rəssamın qalıqlarından DNT analizi üçün nümunə götürüləcək. Bu qərara səbəb isə Pilar Abel adlı 59 yaşlı qadının 2015-ci ildə məhkəmədə qaldırdığı miras davasıdır. O, iddia edir ki, anası Antonia Martinez de Aronun rəssamla sevgi münasibətləri olub. Sürrealizmin əsas nümayəndələrindən olan Salvador Dali […]

Tahir Salahov, Dmitri Dibrov və digərləri Leyla Əliyevanın sərgisinin açılışında – FOTO

Zurab Tseritelinin İncəsənət Qalereyasında “Live Life” (“Canlı həyat”) adlı xeyriyyə sərgi layihəsinə start verilib. Layihə çərçivəsində Leyla Əliyeva ətraf mühitin problemlərinə diqqət çəkmək məqsədi ilə öz rəsm əsərlərini təqdim edib. İrina Viner-Usmanova, Sati Kazanova, Dmitri Dibrov, Tahir Salahov, Aydan Salahova və digər qonaqlar Leyla Əliyevanı ekspozisiyanın açılışı münasibətilə təbrik etməyə gəliblər. Bu barədə spletnik.ru-ya istinadən xəbər […]