Bakı 27 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

Fuad Poladovun xatirəsinə tamaşa həsr olundu

Mərhum Xalq artisti Fuad Poladovun xatirəsinə həsr olunan tamaşa nümayiş olunacaq. Əməkdar artist Münəvvər Əliyeva, aktrisa Fidan Bayramova və aktyor Hikmət Rəhimovun iştirakı ilə mayın 24-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Köhnə telefon” tamaşasının premyerası olacaq. Qeyd edək ki, fransız kimyaçı Paul Villardın “Köhnə telefon” əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyevə məxsusdur. Mənbə musavat.az

Əhməd bəy Ağaoğlunun 150 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mühacir ədəbiyyatımızın görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib. ADPU-dan bildirilib ki, seminar universitetin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə reallaşıb. Seminarda gənc araşdırmaçı-jurnalist, “Çapar” dərgisinin baş redaktoru Dilqəm Əhməd görkəmli ədibin həyat […]

Bu gün Beynəlxalq Caz Günüdür

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir. Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər […]

Kann kinofestivalı üçün jurilərin kimliyi açıqlandı

Yunanıstan aktyoru və ssenaristi Yorqos Lantimos, polşalı rejissor Pavel Pavlikovski və aktrisa El Fanninq 72-ci Kann kinofestivalının münsiflər heyətinə daxil olub. Festivalın saytına istinadla xəbər verilir ki, ekran əsərləri, həmçinin ssenarist Roben Kapiyo, kinorejissorlar Enki Bilal və Aliçe Rorvaher tərəfindən qiymətləndiriləcək. Jüriyə meksikalı rejissor Alehandro Qonsales İnyarritu başçılıq edəcək. Mayın 14-25-də keçiriləcək festivalın seçim komitəsinə […]

100-dən çox ölkə və 30-dan çox beynəlxalq təşkilatın iştirakı ilə Bakıda Forum keçiriləcək — RƏSMİ

Bir sıra ölkələrin Mədəniyyət və Xarici İşlər nazirləri 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. Mayın 2-3-də Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, […]

Milli Dram Teatrının may ayı repertuarı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının may ayı üçün nəzərdə tutulan repertuarı zəngindir. Repertuarı təqdim edir: 2 may – “Manqurt” 3 may — “Ölülər” 4 may – “Sərgüzəşti vəziri xani Lənkəran”, “12-ci gecə və ya hər nə istəsəniz” 5 may – “Çipollino”, “Cəhənnəm sakinləri” 10 may – “Boy çiçəyi” 11 may – “Nindza tısbağalar”, “Şah […]

Bakıda möhtəşəm klassik musiqi günləri keçirilir

Aprelin 22-dən 27-dək Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi və Mstislav Rostropoviç Fondunun (Rusiya) təşkilatçılığı ilə Mstislav Rostropoviç X Beynəlxalq Musiqi Festivalı keçirilir. Festival çərçivəsində aprelin 26-da Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə) konserti keçirilib. İspan violonçelçisi Pablo Ferrandes klassik musiqi axşamının solisti olub. […]

Bakı yenə bayram abu-havasına bürünəcək — Atəşfəşanlıq və konsert olacaq

Konsertdə Azərbaycanın populyar qrupları çıxış edəcək Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq təqdim olunacaq. Heydər Əliyev Fondundan verilən məlumata görə, konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək. Konsertin sonunda isə musiqili […]