Bakı 27 ℃

USD 1.7
RUB 0.0321
EUR 1.7771
TRY 0.1023
Qızıl 3087.353
Gümüş 35.2303

Nəsimi Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub

Nəsimi — şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub. Bu, Azərbaycandan Avropa Festivallar Assosiasiyasına üzv olan ilk festivaldır. Nəsimi Festivalının nümayəndə heyəti bu günlərdə təşkilatın Lissabonda keçirilmiş III İncəsənət Festivalları Sammitində iştirak edib. Toplantıya ümumilikdə 45 ölkədən 230 festival və şəhərin nümayəndə heyətləri qatılıb. Assosiasiyaya Nəsimi Festivalı ilə yanaşı, 6 ölkənin — […]

Hacı Zeynalabdin Tağıyevin heykəli burada ucaldılacaq

Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib. Fonddan verilən məlumata görə, heykəlin «İçərişəhər» metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur. Ərizə və eskizlər iyunun 30-dək […]

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi insanların narahatlığını əsassız adlandırdı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sosial şəbəkələrdə yer alan iddialara münasibət bildirib İdarədən bildirilib ki, sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil hazırda ərazidə görülən işləri əks etdirmir. Qeyd olunub ki, həmin fotoşəkil 2018-ci ilin noyabr ayında çəkilib və orada görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyil. “Hazırda sözügedən ərazidə yalnız yüngül […]

Yeni «challenge» — #HərGünOxu-ya sən də qoşul!

Təhsil Nazirliyi tərəfindən «#HərGünOxu» kampaniyası başlanılıb. Nazirlikdən bildirilib ki, «#HərGünOxu» kampaniyası mütaliə həvəsinin artırılması məqsədilə təşkil olunur. Kampaniyaya qoşulmaq istəyənlər sosial şəbəkələrdə oxuduqları kitablardan ən çox sevdikləri sitatı paylaşmalı, «#HərGünOxu» və «#Challenge» həştəqlərini yazmalı, eləcə də dostlarını kampaniyaya qoşulmağa dəvət etməlidir. Xatırladaq ki, hər gün 20 dəqiqə kitab oxumaq tənqidi düşüncə formalaşdırır, yaradıcılıq bacarığını və […]

Tarixə qovuşdurulan tariximiz İçərişəhər üçün susacağıqmı?

İçərişəhərdə qala divarlarının bir hissəsini söküb kafe tikirlər. Keçmiş Sovetskidə tarixi abidələrin bəzilərini uçurdurlar. Tanınmış şəxsiyyətlərin yaşadığı evləri ortadan qaldırırlar… Hər gün bu cür neqativ informasiyanın içində üzməyimizə rağmən, bugünkü insana olan biganəliyimizi tarixin daşlarına da qarşı davam etdiririk. Burada ən acınacağlısı da odur ki, ictimai qınağı nəzərə almaq barədə bu işi görənlərin heç biri […]

Sem Smit “Formula1”də səhnəyə çıxmayacaq

“Formula1” Bakı Qran-Prisi çərçivəsində təşkil olunacaq konsertdə müğənni Sem Smiti pop ulduz Cessi Cey əvəzləyəcək Bu barədə “Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai məlumat verib. “Çox təəssüf edirik ki, belə bir hadisə baş verdi. Çünki bizim özümüz üçün də gözlənilməz oldu. Bu, sırf onun sağlamlıq vəziyyəti ilə bağlıdır. Semin başqa iki konserti də […]

Cəlil Məmmədquluzadənin ev muzeyi bərbad gündədir — Fotoreportaj

Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150-ci ildönümüdür. Prezident İlham Əliyev ədibin yubileyinin qeyd olunması ilə bağlı bu ilin yanvar ayında müvafiq sərəncam imzalayıb. Böyük ədib Gürcüstanın paytaxtı Tbilisidə uzun illər yaşayıb-yaradıb və müəllifi olduğu “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə […]

Bu gün Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur. UNESCO-nun baş direktoru Odre Azule Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə ictimaiyyətə müraciət edib. Müraciətdə kitabların bizim mənəvi […]