Mehriban Əliyeva məşhur müğənni və bəstəkar Sami Yusufa Azərbaycan Prezidentinin fəxri diplomunu təqdim edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb. Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim etdi. Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirdi. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun […]

Mehriban Əliyeva İkinci Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalında iştirak edib

Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində II Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalının bağlanış qala-tamaşası olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Qala-tamaşada Azərbaycan incəsənət xadimlərinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyanın nəzdində yaradılan qədim musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblının, o cümlədən Türkiyə, İran, İordaniya və Mərakeşdən dəvət olunan musiqiçilərin, […]

Heydər Əliyev Mərkəzində əfsanəvi «The No Smoking Orchestra» qrupunun konserti keçiriləcək

Noyabrın 29-da Emir Kusturitsa və qrupu Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Proqramda tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri təqdim olunacaq. Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə populyarlıq və şöhrət qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan […]

Şamaxıda Nəsiminin heykəl instalyasiyası yaradıldı -FOTO

Şamaxının Meysəri kəndində ikinci “Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Nəsimi heykəl instalyasiyasının açılışı olub. APA xəbər verir ki, festival iştirakçılarının, eləcə də nəsimisevərlərin, ziyalıların qatıldığı açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxıs edərək Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn heykəl instalyasiyasının Azərbaycanda dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə, ümumən yaradıcı insanlara […]

Opera və Balet Teatrında Verdinin “Traviata” operasının tamaşası keçiriləcək

Oktyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Opera və Balet Teatrının rəhbərliyi tamaşanın professional səviyyəsini qaldırmaq məqsədilə əsas partiyalardan biri — Violetta partiyasını ifa etmək üçün A.Maldıbayev adına Qırğızıstan Milli Opera və Balet Teatrının solisti, Qırğızıstanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Elnura Samarbekovanı dəvət edib. Tamaşada […]

Rasim Balayevin səhhəti pisləşdi — «Ayaqlarım tutulub»

Xalq artisti Rasim Balayevin səhhəti pisləşib. Bu barədə Publika.az-a o özü məlumat verib. «Yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb. Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlamışam «, — xalq artisti bildirib. Xatırladaq ki, R.Balayev keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi. Aktyor […]

Opera və Balet Teatrının oktyabr repertuarı — Siyahı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi gələn ay tamaşaçıların görüşünə maraqlı səhnə əsərləri ilə gələcək. Sənət ocağının oktyabr ayı üçün nəzərdə tutduğu repertuarını təqdim edir: 2 oktyabr – “Traviata” 6 oktyabr – “Şah İsmayıl” 8 oktyabr – “Min bir gecə” 12 oktyabr – “Şəhrizad”, “Bolera” 13 oktyabr – “Arşın mal alan” 15 […]

Filarmoniyada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş konsert keçirilib

Sentyabrın 23-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib. Konsert Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb. Orkestrin bədii rəhbəri və dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, solisti Alyona Bayevadır. Musiqili gecədə Karl Jenkinsin “Palladio”, Azər Dadaşovun fortepiano və simli orkestr üçün konserti səslənib. Rodion Şedrin […]