Bakı 20 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

Alim Qasımov YUNESKO igamətgahında əbədiləşdiriləcək

Azərbaycanı dünyada tanıdan xanəndə Alim Qasımovun məşhur fotoqraf tərəfindən çəkilmiş iriölçülü fotoları Fransanın dövlət, təhsil və mədəniyyət ocaqlarında asılacaq Fotolar Parisdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının və Fransanın Yaxın Şərq və Avropa üzrə Müasir İncəsənət İnstitutunun (SAPEM) təşkilatçılığı, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə ərsəyə gəlmiş «Yeddi gözəl» musiqi layihəsi çərçivəsində hazırlanıb. Azərbaycanlı […]

«İblis» əsəri Türkiyə tamaşaçıları üçün səhnələşdirilir

Azərbaycanlı dramaturq Hüseyn Cavidin Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin teatrında səhnələşdirilən «İblis» tamaşasının məşqləri yekunlaşmaq üzrədir. Bunu açıqlamasında tamaşanın quruluşçu rejissoru, aktrisa Məlahət Abbasova deyib.  O bildirib ki, bu il aprelin 17-də tamaşanın primerası keçiriləcək. M.Abbasovanın sözlərinə görə, tamaşada Türkiyənin tanınmış aktyorları — Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan, Şənay Bağ yer alacaqlar. Tamaşanın musiqi […]

Toylarımıza yeni qanun qoyulur?

Şadlıq saraylarında POS terminallar quraşdırılsa, toy sahibi yığılan vəsaitə görə vergi ödəməlidir Bu sözləri ekspert Radil Məmmədov bir neçə gündür şadlıq saraylarının birində «oğlan evi» və «qız evi» qutularının üzərində POS terminalların quraşdırılmasına münasibət bildirərkən deyib. Şadlıq sarayları isə bunun ailənin istəyindən asılı olduğunu bildirir. Yəni əgər toy sahibi ənənəvi qaydada deyil, POS-terminal vasitəsilə pul […]

Ərdoğan sözündən necə döndü?

Aya Sofya məbədi məscid-muzey kimi fəaliyyət göstərə bilər Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. R.T.Ərdoğan bildirib ki, İstanbulun Aya Sofya məbədi martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra məscid-muzey kimi fəaliyyət göstərə bilər. Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Yeni Zelandiyada məscidlərdə törədilmiş terror aktlarını şərh edərkən Aya Sofyanın məscid […]

Ancelina Coli kino tarixinə qovuşur

Məşhur Hollivud ulduzu Ancelina Coli kinodan gedir Bu barədə “Şerbruk Tayms” nəşri yazıb. Məlumata görə, aktrisa doğulduğu və uzun illər yaşadığı Los-Ancelesdən Nyu Yorka köçməyə qərar verib. O, həmçinin teatr karyerasına başlamağı planlaşdırıb. Colinin dostlarının fikrincə, aktrisanın həyatında bu cür dəyişikliyə getməsinin səbəbi aktyor Bred Pittlə ağır boşanma prosesi olub. Həmçinin ayrılıq prosesində bir çox […]

Azərbaycanın qədim abidəsində bərpa işlərinə başlanacaq

Şabran rayonu ərazisində yerləşən, V-VI əsrlərə aid Çıraqqala abidəsində bərpa işlərinə may-iyun aylarında başlanılacaq Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, qalanın bərpa-konservasiya işləri ilə bağlı sənədlər hazırdır: «Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən ölkənin ən qədim tarixi […]

Xalq artisti Lütfəli Abdullayev — 105 il

Lütfəli Abdullayev 1914-cü il 22 martda Şəki şəhərində doğulub. Oradakı yeddillik məktəbi bitirib, bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. 1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etməyə başlamışdır. Vokal sənətinə marağı olduğuna görə paralel olaraq Berolskinin kursunda ifaçılıqla məşğul olmuşdur. Tezliklə o, yardımçı aktyor kimi […]

Dünya musiqisinin möcüzəsi Sebastian Bax — 334 yaş

Bu gün İohan Sebastian Bax 21 Mart 1685-ci ildə  dünyaya gelib. Yeddi  yaşında təhsil almağa başlayan Bax oxumağı, yazmağı, latin dilini  öyrənir. 10 yaşı olarkən  valideynlərini itirir və qardaşının himayəsi altına alınır. Özündən  on dört yaş böyük olan və bir kilsədə orqan çalan  İohann Kristof onu himayəsi altına alır ve orqan çalmağı öyrədir. Gözəl soprano […]