Bakı 18 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

Tahir Salahov vəfat edib

Azərbaycanın Xalq rəssamı Tahir Salahov vəfat edib. Gulustan.info-nun məlumatına görə, qızı TASS-a bildirib ki, T. Salahov Almaniyada dünyasını dəyişib.

Bakıda Tofiq Quliyevin abidəsi ucaldılacaq — SƏRƏNCAM

Prezident İlham Əliyev Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Gulustan.info-nun məlumatına görə, sərəncamda deyilir: — Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılsın. — Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin. — Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli […]

Azərbaycan “Avroviziya”nın finalında — VİDEO

Xəbər verdiyimiz kimi, mayın 18-də Niderlandın Rotterdam şəhərində “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi keçirilib. Gulustan.info-nun məlumatına görə, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü sırada çıxıb. O, “Mata Hari” mahnısını ifa edib. Çıxışlardan sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan təmsilçisi Samirə Əfəndi «Avroviziya»nın final mərhələsinə yüksəlib. Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, […]

“Eurovision-2021”də Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adları açıqlanıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb. İTV-dən Gulustan.info-ya verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Avroviziya”nı Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək. Eldar və Nigar yarışmanın qaydalarına […]

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Gulustan.info xəbər verir ki,  Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki «Xarıbülbül» musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil […]

“Avroviziya”da daha bir dəyişiklik edilib

Gələn ay Niderlandda keçiriləcək «Avroviziya” mahnı müsabiqəsində növbəti dəyişiklik baş verib. Yarışmanın bu il təyin olunan baş prodüseri Sitse Bakker KİV-ə açıqlamasında bildirib ki, səhnədə şoular olmayacaq, tanıtım çarxları qısa təqdim ediləcək. Həmçinin, müsabiqə 00:45- 01:00 arası bitəcək. Bundan əlavə, Niderlanda birincilik gətirən Dunkan Lourens və ona dəstək olan Ilze DeLancın səhnədə yer alıb-almayacağı sual […]

Leyla Əliyevanın şeir toplusunun təqdimat mərasimi keçirilib

Aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib. Mədəniyyət Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Milli […]

Ələsgər Ələkbərovun anadan olmasından 111 il ötür

Adı sənət tariximizin qızıl fondunu bəzəyən görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələsgər Ələkbərovdan söz düşəndə, ilk növbədə gözlərimiz önündə onun ekranda yaratdığı azərbaycanlı kişisinin təbii obrazı — Rüstəm kişi canlanır. Ə.Ələkbərov həqiqətən dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun səhnədə, ekranda görünməsi tamaşaçılara, demək olar ki, təkrarsız və unudulmaz anlar bəxş edirdi. Martın […]