«Türkiyə Gənclik Ödülləri» Azərbaycanda keçiriləcək

Türkiyənin ən prestijli mükafatlandırma mərasimlərindən biri olan «Türkiyə Gənclik Ödülləri» Caspian Events Group tərəfindən ölkəmizdə təşkil olunacaq. Lahiyə zamanı Türkiyə Gənclik ödül törəninin bütün konsepsiyası qorunmaqla «Azərbaycan Gənclik Ödülləri» adı altında keçiriləcək. Seçimlər sosial sorğu, təşkilatı komitə tərəfindən aparılan araşdırma və juri heyəti tərəfindən təyin olunacaq. Sosial sorğu zamanı seçilən kateqoriyalar sayt və rəsmi sosial […]

Nazir tarixi abidələrlə bağlı çağırış etdi

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib. Ə.Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib ki, tarixi abidələr qorunmalıdır, qədimliyi saxlanılmalıdır. «Tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, bu mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır». […]

Leyla Əliyeva “Yanardağ” Qoruğunda yoqa və poeziya axşamında iştirak edib — FOTO

İyulun 7-də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda “SÖZ” adlı ədəbi layihə çərçivəsində yoqa və poeziya axşamı təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib. Layihənin növbəti mövzusu söz, vücud və insan ruhu arasında xüsusi bir əlaqənin olduğunun nümayişinə həsr edilib. Layihənin rəhbəri şairə Nigar Həsənzadə iştirakçılara təşəkkürünü bildirərək çıxışçıları təqdim edib. […]

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

Şəki xan sarayının və Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi münasibəti ilə, birinci xanım Mehriban Əliyeva öz rəsmi Instagram hesabında Azərbaycan xalqını təbrik edib. Qeyd edək ki, iyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun […]

Azərbaycanın Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına salındı

İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, […]

Əyyub Quliyev Çini özünə heyran buraxdı

Əyyub Quliyev çinlilərə Qara Qarayevin «Yeddi gözəl» baletini dinlətdi Çinin Kunmin şəhərində Kunmin Silk Road Filarmoniya orkestrinin iştirakı və Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin rəhbərliyi altında simfonik, opera və balet musiqisindən ibarət silsilə konsertlər verilib. Quliyevin verdiyi məlumata görə, konsertdə Kunmin İncəsənət Kollecinin opera truppasının solistləri Yuri Mixaylyuk, Mariya […]

Britaniyalı müğənni İranda saxlanılaraq deportasiya edilib

İranın Kiş adasına səfər edən Böyük Britaniyanın qadın müğənnisi Joss Stone hava limanında bir gün saxlanıldıqdan sonra ölkədən deportasiya edilib. Bu barədə, qadın müğənni özünün “İnstagram” səhifəsində iyulun 3-də məlumat yayıb. O bildirib ki, dünya turu proqramının davamında İranın Kiş adasına səfər etsə də, hava limanının mühafizə qüvvələri tərəfindən saxlanılıb: “Mənim İranda konsert vermək niyyətim […]

Leyla Əliyeva «Live Life» sərgisində yay təcrübəsi keçən tələbələrlə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iyulun 3-də Heydər Əliyev Mərkəzində «Live Life» sərgisində olub və bu beynəlxalq sərgi layihəsi çərçivəsində yay təcrübəsi keçən tələbələrlə görüşüb. Leyla Əliyeva gənc rəssamların sərgidə nümayiş etdirilən əl işləri ilə tanış oldu. Sərgi ilə tanışlıqdan sonra yay […]