Bakı 19 ℃

USD 1.7
RUB 0.0292
EUR 1.8128
TRY 0.1065
Qızıl 3154.673
Gümüş 36.9838

Zakir Həsənov NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Aprelin 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Gulustan.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nümayəndə […]

Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib

29 aprel 2022-ci ildən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib. Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlik bildirir ki, Səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir: Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24 Telefon: +380 44 484 69 40 Faks: +380 44 484 69 32 Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə […]

Hüseyn Əmir-Abdullahian Ceyhun Bayramovu İrana səfərə dəvət edib

28 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Gulustan.info-ya verilən xəbərə görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə […]

Ərdoğanla Putin arasında növbəti dəfə telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında növbəti dəfə telefon danışığı baş tutub. Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti bildirib. Qeyd olunur ki, liderlər Ukraynadakı vəziyyətlə yanaşı, bir sıra digər məsələləri müzakirə ediblər. R.T.Ərdoğan Rusiya ilə Ukrayna arasında döyüşlərin başa çatması və sülhün təmin olunması üçün təşəbbüslərini davam etdirməyə hazır olduğunu bildirib. […]

Ceyhun Bayramov Bolqarıstan XİN başçısının müavini ilə Ukraynanı müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan xarici işlər nazirinin müavini Vasil Georgievin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Gulustan.info XİN-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın qarşılıqlı maraqlar və beynəlxalq hüquq əsasında inkişafını məmnunluqla qeyd edib. Yüksək səviyyəli ikitərəfli siyasi dialoqun və qarşılıqlı təmasların əlaqələrin inkişafına müsbət töhfə verdiyi […]

Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək. Ərdoğan Kral Salman bin Əbdüləzizin dəvəti ilə Səudiyyə Ərəbistanına yola düşür. İki gün davam edəcək səfər çərçivəsində liderlər arasında görüş keçiriləcəyi gözlənilir.

Zelenski Putinlə İndoneziyada görüşə bilər

İndoneziya Prezidenti Coko Vidodo ukraynalı həmkarı Volodimir Zelenskini G20 sammitinə dəvət edib. Bu barədə məlumatı Zelenski öz rəsmi twitter hesabında paylaşıb. Qeyd edək ki, G20 sammiti ilin sonunda baş tutacaq və sammitə İndoneziya ev sahibliyi edəcək. Məlumdur ki, Rusiya da G20 ölkələrinə daxildir. “Bloomberg” agentliyi yazır ki, İndoneziya Prezidenti Rusiya Prezidenti Vladimir Putini zirvə görüşünə […]

Əli Əsədov Latviyanın Baş nazirinin müavini ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb. Bu barədə Gulustan.info-ya Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.