Məmmədyarov: «İşğal olunmuş ərazilərdə xarici şirkətlərin əksəriyyəti orada fəaliyyətini dayandırıb»

«Azərbaycanın işğal olunmuş ərazilərində bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti nəzarətimizdədir». Bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqlarında bəzi xarici şirkətlərin qeyri-qanuni fəaliyyəti peyk vasitəsilə izlənilir, buna müvafiq olaraq hesabat hazırlanır və aidiyyəti üzrə xəbərdarlıq edilir: «Bizim müşahidələr göstərir ki, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərin […]

Azərbaycan Qarabağla bağlı mühüm uğur əldə etdi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib. Həmçinin qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın […]

Rusiyadan Gürcüstanla bağlı növbəti QADAĞA

Rusiya aviaşirkətlərinin Gürcüstana daşımalar həyata keçirməsi qadağan olunub. Bununla bağlı Rusiya prezidenti Vladimir Putinin iyunun 21-də imzaladığı fərman bu gündən qüvvəyə minib. Bu gündən etibarən həmçinin Rusiyanın Nəqliyyat Nazirliyinin qərarı ilə Gürcüstan aviaşirkətlərinin ölkə ərazisinə uçuşları da dayandırılıb. Gürcüstana Rusiyanın altı – “Aeroflot”, “Ural hava yolları”, “Red Wings”, “Pobeda” və “Smartavia” aviaşirkətləri reyslər həyata keçirib. Rusiyaya isə […]

ABŞ-ın dövlət katibi İranı çökdürməyə söz verdi

ABŞ dövlət katibi Mayk Pompeo İranın nüvə proqramının inkişafına cavab olaraq yeni sanksiya və təcridolunma ilə üzülüşəcəyinə söz verib. Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo öz “Twitter” səhifəsində yazıb. «İranın nüvə proqramının genişləndirilməsi daha da təcridolunmaya və sanksiyalara gətirib çıxaracaq. Ölkələr uzun müddətdir ki, İranın nüvə proqramı üçün zənginləşdirmə standartının olmadığı bərpa etməlidir», deyə […]

Türkiyə yeni aldığı S-400 sistemlərini Qətərdə və ya Azərbaycanda yerləşdirə bilər

Türkiyənin Rusiyadan S-400 hava hücümundan müdafiə sistemlərinin satın alması ətrafında yaranmış qalmaqal səngimək bilmir. Türk rəsmiləri bu sistemin Ankara yaxınlığında və ölkənin şərqində strateji bir məntəqədə yerləşdiriləcəyini bəyan etmişdilər. Haberturk xəbər verir ki, S-400 lər gələn həftə hərbi təyyarələrə yüklənərək Türkiyədəki hərbi aerodromlardan birinə gətiriləcək. Lakin, Defenseworld dərgisi, türk hökumətinin ABŞ sanksiyalarından qaçmaq üçün, bu […]

Mehriban Əliyeva Ədilə Mütəllibovanın yas mərasimi ilə bağlı göstəriş verdi

Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. 1news.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tapşırıq verib. 

Gürcüstan azərbaycanlıları partiya yarada biləcəkmi? — Fikirlər

Gürcüstanda 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq ölkənin siyasi arenasında ciddi canlanma müşahidə olunur. Hakim Gürcü Arzusu Partiyasının etirazçıların tələbini qəbul edərək gələn ildən proporsional seçki sisteminə keçid barədə qərarı isə siyasi fəallığı daha da artırıb. Yeni sistem üzrə və sıfır seçki baryeri şəraitində keçiriləcək seçkilərdən sonra Gürcüstan çoxpartiyalı parlamentə sahib olacaq. Buna […]

Azərbaycanın birinci prezidentinin həyat yoldaşı vəfat edib

Müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova bu gün səhər uzun sürən xəstəlikdən sonra həyatını dəyişib. Qeyd edək ki, ixtisasca həkim olan Ədilə xanım 1938-ci ildə anadan olub. 1961-ci ildə Ayaz Mütəllibovla ailə həyatı qurub. 1991-ci ildə Ayaz Mütəllibovun Azərbaycanın ilk prezidenti olması ilə Ədilə xanım Azərbaycanın ilk birinci xanımı olmuşdu. Allah […]