Fransa mətbuatı Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri haqqında geniş məqalə paylaşıb

«Azərbaycan inkişafda olan güclü ölkədir» Fransanın https://luxus-plus.com portalında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə səfəri ilə bağlı «Fransa-Azərbaycan: uzun tarixi, iqtisadi əməkdaşlıq» adlı məqalə dərc olunub. Məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində iki ölkə arasında tərəfdaşlıq məsələlərinin müzakirə olunmasından yazılıb. Ölkəmizin iqtisadi və digər sahələrdə böyük potensiala malik olduğu vurğulanıb. «Qafqazın güclü iqtisadi […]

Tramp İzrailin işğalını dəstəkləyən sənədi imzaladı — Tarixi səhvmi, tarixi imzamı?

ABŞ prezidenti Donald Tramp İsrailin Colan yüksəklikləri üzərində suverenliyini tanınmasına dair sənədə imza atıb. ABŞ prezidenti sənədi İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı atıb. “Bu, bir neçə onilliklər əvvəl baş verməli idi” — Tramp deyib. Onun sözlərinə görə, İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Qolan yüksəkliklərinə nəzarəti əlində saxlayır. O qeyd edib […]

MM hansı məsələləri iclasda qaldıracaq?

Milli Məclisin (MM) növbəti plenar iclası martın 29-da keçiriləcək.İclasın gündəliyinə 26 məsələ daxildir İclasda bir çox qanunlara dəyişiklik nəzərdə tutulub. İclasda ilk öncə “Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.Yəni millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Naqif Həmzəyevin adıçəkilən komitəyə üzv seçilməsi məsələsinə baxılacaq və onun üzvlüyü […]

Türkiyə Rusiya ilə əlaqələri möhkəmlətməkdə davam edir — Bu dəfə isə viza ləğv olunur

“Rusiya vətəndaşlarının Türkiyəyə pasportsuz gəlməsinə imkan yaratmaqla bağlı müzakirələr aparırıq” Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Onun sözlərinə görə, martın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək. XİN başçıları Antaliyada bir araya gələcəklər: “Vizanın ləğv olunmasının detallarını müzakirə edəcəyik. Aprelin 8-də isə Moskvaya gedəcəyik”. Mənbə report.az

Azərbaycanda yeni təqaüd növü alacaq şəxslərə Aprel ayından ödənişləri ediləcək

Prezident İlham Əliyevin 2019-cu il fevralın 25-də imzaladığı sərəncamda müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək […]

Londonda növbəti dəfə ara qarışdı

Londonun mərkəzində minlərlə insan Brexitlə bağlı ikinci referendumun keçirilməsi tələbi ilə küçələrə çıxıb Hayd-parkda başlayan yürüş-mitinq parlamentin qarşısına qədər davam edib. Mitinqdə Londonun bələdiyyə başçısı Sadiq Xan, Leyboristlər partiyasından olan deputat Tom Vatson, Şotlandiyanın birinci naziri Nikola Störgn, müstəqil deputat Anna Sörbi və sabiq baş prokuror Dominik Qriv də iştirak edib. Mənbə yenicag.az

İranın qəddar rejimi yenə can almaqda davam edir — Təbrizlimiz edam olunub

İranda qətldə günahlandırılaraq ölümə məhkum edilən daha 1 nəfər edam edilib. Məhkum, 10 gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, altı il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan Təbriz şəhər sakini, 34 yaşlı məhkum Rza Əkbəri, martın 13-ü sübh saatlarında Zəncanın […]

«İnsanlığın gələcəyi naminə» Trampı isefaya çağırdılar

Venesuela XİN rəhbəri Xorxe Arreasa ABŞ Prezidenti Trampı və vitse-prezident Mayk Pensi istefaya çağırıb. Bu barədə Arreasa Tvitter hesabında yazıb. Pensin Venesuela xalqının gələcəyi naminə Maduronu istefaya çağırmasına cavab olaraq Arreasa qeyd edib: ”Təcili! Bəşəriyyətin gələcəyi naminə Donald Tramp, Mayk Pens və komandası getməlidir”. Mənbə musavat.az