Bakı 30 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

Sergey Lavrov gələn həftə Azərbaycana səfərə gələcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Onun sözlərinə görə, S.Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisi Karen Donfridi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycana səfər edib. Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 19-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. Dövlət katibinin köməkçisi hər üç ölkə ilə diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edərək, ABŞ-ın onların suverenliyi və müstəqilliyinə dəstəyini vurğulayacaq. […]

Milli Məclisin növbədənkənar iclasının tarixi məlum olub

Milli Məclisin növbədənkənar iclasının tarixi məlum olub. İclasın iyunun 17-də keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, Milli Məclisinin sədri Sahibə Qafarova 77 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2022-ci il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib

ABŞ dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald iyunun 13-dən 15-dək Azərbaycanda səfərdə olacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. «Səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Dövlət Katibinin Müavini Makdonald Demokratiya, İnsan Haqqları və […]

Lavrov İrana gedəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana gedəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iyunun 13-də keçirdiyi brifinqdə bildirib. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova da Sergey Lavrovun İrana səfərinin tarixi ilə bağlı danışıqların aparıldığını qeyd edib.

Ceyhun Bayramov və BMT Baş Assambleyasının sədri arasında görüş olub

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş Assambleyasının sədri Abdulla Şahid arasında geniş tərkibli görüş başlayıb. Bu barədə XİN-in «Twitter» səhifəsində bildirilib.

İtaliya, Almaniya və Fransa liderləri Kiyevə səfər edəcək

İtaliya Baş naziri Mario Draqi, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron iyunun 16-da Kiyevə birgə səfər planlaşdırır. Bu barədə “La Stampa” qəzeti məlumat yayıb. Qeyd edək ki, iyunun 11-də liderlərin Ukraynaya səfər etmək niyyəti barədə “Bild” qəzeti də məlumat yayıb.