Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb
Mayın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə görüşüb. XİN-dən Gulustan.info-ya verilən məlumata görə, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov Türk Dövlətləri Təşkilatının zəngin gündəliyinə istinad edib və bu xüsusda, […]
Finlandiyanın Baş naziri Kiyevdə səfərdədir
Finlandiyanın Baş naziri Sanna Marin Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinə səfər edib. Bu barədə İrpen Şəhər Şurası məlumat yayıb. “İşğalçıların qoyduğu “Rus dünyası”nın fəsadlarını göstərdik. Şəhərimizin bərpasına yardım məsələsini müzakirə etdik”, — şəhər şurasından bildirilib.
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Gulustan.info xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər.
İlham Əliyev və Mehriban Əliyeva “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Gulustan.info xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Cəbrayıl rayonunda “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.
İlham Əliyev və Mehriban Əliyeva Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Gulustan.info xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olublar.
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Gulustan.info xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış olub, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər.
Çavuşoğlu və Stoltenberq Ukraynanı müzakirə edib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. Gulustan.info yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Çavuşoğlu və Stoltenberq regiondakı vəziyyəti, eləcə də, Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
Putin Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: «Hörmətli İlham Heydər oğlu. Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır. […]