Bakı 17 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Qırğızıstan prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycana rəsmi səfərə yola düşüb. Gulustan.info bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir. S.Japarov səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə ikitərəfli görüş keçirəcək. Bundan başqa, Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşlər planlaşdırılır. Bu görüşlər zamanı Qırğızıstan və ticarət-investsiya sahəsində əməkdaşlıq perspektivləri barədə məlumatlar təqdim olunacaq. Səfər […]

Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail Prezidenti İsxak Hersoq arasında telefon danışığı olacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında bildirib. XİN başçısı İsrail təhlükəsizlik qüvvvələrinin “Əl-Əqsa” məscidində törətdikləri hadisələrə dair sualı cavablandırarkən deyib ki, prezidentlər bu kimi məsələləri müzakirə edəcək. M.Çavuşoğlu dövlət başçılarının telefon […]

Prezident Aİ-nin xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Gulustan.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paşinyan Rusiyaya səfər edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya rəsmi səfər edib. Paşinyanı hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və XİN-in dövlət protokolu departamentinin direktoru İqor Boqdaşev qarşılayıb. Qeyd edək ki, Ermənistan baş nazirinin rəsmi səfəri iki gün davam edəcək. Bu gün Rusiya prezidenti Vladimir Putin Paşinyanla Kremldə danışıqlar aparacaq.

Aİ Şurası Cənubi Qafqazda sülhün bərqərar olması üzrə bütün səyləri dəstəkləyir — Şarl Mişel

Avropa İttifaqı (Aİ) Şurası Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üzrə bütün səyləri dəstəkləyir. Bunu Aİ Şurasının rəhbəri Şarl Mişel öz «Twitter» səhifəsində yazıb. «Mən Brüssel müzakirələrimizin davamı olaraq Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar keçirdim. Aİ Şurası Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üzrə bütün səyləri dəstəkləyir», — Ş.Mişel yazıb.

Putin sabah Paşinyanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin aprelin 19-da Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Kremlin mətbuat xidməti bildirib. Qeyd olunur ki, V.Putin erməni baş nazirlə Qarabağla bağlı vəziyyəti, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını müzakirə edəcək. Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasının gedişatı da müzakirə mövzusu olacaq.

Qırğızıstan Prezidenti sabah Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov sabah Azərbaycana rəsmi səfər edəcək. “Sputnik Qırğızıstan” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan dövlət başçısının Mətbuat xidməti yayıb. Məlumata görə, səfər 19-20 aprel tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

Türkiyə artıq qlobal gücə çevrilib — Çavuşoğlu

Yanğın ətrafımızdadırsa, onu söndürmək hamıdan əvvəl bizim borcumuzdur. Çünki biz Türkiyə olaraq təkcə regional güc deyilik. Türkiyə artıq qlobal gücə çevrilib. Türkiyə KİV-ləri xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Sinop şəhərində iftar sonrası ictimayyət nümayəndələri ilə görüşən nazir dünyada nizamının dəyişməli olduğunu bəyan edib. «Başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla […]