Tbilisidə nümayişçilər Parlamenti ələ keçirmək istəyir — foto

Rusiyalı deputat Qavrilovun Gürcüstan parlamentinin spikerinin kürsüsündə əyləşməsi ilə başlayan etirazlar bu saatlarda da Tbilisinin mərkəzi meydanında davam edir. Son məlumatlara əsasən etiraz edənlər Parlamenti tutmağa cəhd edir.

Əli Nağıyev DTX rəisi təyin olundu

Bu gün prezident İlham Əliyev Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Mədət Quliyev Müdafiə Sənəyesi naziri oldu

Prezident İlham Əliyev, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevi bu vəzifədən azad edərək onu, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edib.

Mədət Quliyev DTX rəisi vəzifəsindən azad olundu

Bu gün prezident İlham Əliyev Mədət Qəzənfər oğlu Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edilib

Daxili İşlər naziri vəzifəsindən azad olunan Rami Usubov, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.

Putin Zelenskini faciə adlandırdı

Xalqın suallarını canlı yayımda birbaşa cavablandıran Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni prezidenti Vladimir Zelenski haqda danışıb. Putin onun 2000-ci ildə KVN-dəki çıxışını xatırlayıb. “Zelenski istedadlı insandır. O çıxış edəndə güləmli idi. Amma indi gülməli deyil. Bu komediya deyil, faciədir”.  Canlı yayım 3 saatdan artıq davam edir. (Modern.az ) Mənbə musavat.az

İran region ölkələrinə hücum edib onları yer üzündən silməklə hədələdi

İran prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin siyasi təhlilçisi Diyako Hüseyni Vaşinqtonla Tehran arasında cərəyan edən son gərginliklərdən danışb. “İrna” agentliyi ilə müsahibəsi zamanı təhlilçi ölkəsinin məhdud müharibə anlayışını tanımadığını önə çəkərək, Amerikanın İrana qarşı bu formada müharibə “apara bilməyəcəyini” iddia edib. O, müharibə başlayarsa, İranın təslim olmayacağını, sona qədər döyüşəcəyini deyib. Diyako Hüseyni ölkəsinin hansı […]

Bu gün Vaşinqtonda Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşü olacaq

Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın görüşü olacaq. «Report» xəbər verir ki, hər iki nazir artıq Vaşinqtondadır. Görüş ATƏT-in Minsk qrupunun həmsədrləri — İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferin (ABŞ) vasitəçiliyi ilə keçiriləcək. Azərbaycan və Ermənistan xarici siyasət idarəsi rəhbərlərinin danışıqlarında həmsədrlərlə yanaşı, ATƏT-in fəaliyyətdə olan […]