Bakı 21 ℃

USD 1.7
RUB 0.0225
EUR 2.0173
TRY 0.2246
Qızıl 3320.746
Gümüş 45.6101

Prezident Qazaxla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev sentyabrın 10-da “Qazax rayonunda yerli əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla Qazax rayonu, Y-35-06 (13km) – Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon manat ayrılıb.

Ceyhun Bayramov BMT-nin Azərbaycan Respublikasında rezident əlaqələndiricisi qəbul edib

9 sentyabr tarixində Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasında rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Gulustan.info-ya verilən məlumata görə, tərəflər BMT və Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) […]

Ceyhun Bayramov İtaliya səfiri ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini qəbul edib. XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edərək, iki ölkənin rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu bildirib. İki ölkə arasında ali səviyyədə qarşılıqlı səfərlərin […]

Hikmət Hacıyev İstanbulda beynəlxalq media qurumlarının nümayəndələri ilə müzakirələr apardı

“İstanbulda akkreditə olunmuş beynəlxalq media qurumlarının nümayəndələri ilə geniş diskussiya və açıq dialoq qurmaq çox xoş təəssürat yaratdı”.Bunu hazırda İstanbulda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb. H. Hacıyev bildirib ki, beynəlxalq media qurumları ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr […]

Rus qırıcı təyyarəsi İngilis müşahidə təyyarəsini bloklayıb

Milli Müdafiə İdarəetmə Mərkəzinin (NDCC) verdiyi açıqlamada, Rusiyanın MiG-29 tipli döyüş təyyarəsinin, İngilis Sentinel R1 tipli müşahidə təyyarəsini blokladığı bildirilib. Gulustan.info CNN-ə istinadən xəbər verir ki, İngilis müşahidə təyyarəsinin Rusiya sərhədinə yaxınlaşarkən Barents dənizi üzərində dayandırıldığı qeyd olunub.

Spiker Sahibə Qafarova Ərdoğanla görüşəcək – RƏSMİ

Sentyabrın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, […]

Ermənistanın silahlanmasında Rusiya və İran maraqları — Politoloq şərhi

Politoloq Tural Əliyev Gulustan.info-ya son zamanlar Rusiyanın İranın ərazisindən keçməklə Ermənistanın silahlandırılması ilə bağlı məsələyə açıqlama verdi: Rusiyanın Ermənistanı intensiv silahlandırmasının səbəbləri… — Əvvəla, onu qeyd etməliyəm ki, Rusiya bu münaqişənin başlanğıcından aktivdir və Ermənistanı mütəmadi olaraq silahlandırır. 1996-ci ildə 1 milyard dollarlıq silah-sursat Ermənistana verilmişdir. Həmin vaxtı Rusiya bunu təkzib etsə də, sonradan öz […]

İlham Əliyev İranın yeni səfiri ilə görüşdü — Foto

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edib. Bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.