Bakı 17 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

Lavrov: “Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamasına kömək etməyə hazırıq”

“Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır”. “RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq”, — o bildirib.

Türkiyə XİN İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüşə münasibət bildirib

Türkiyə Xarici İşlər Nazirliyi aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının rəhbərliyi ilə Brüsseldə keçirilən görüşə münasibət bildirib. Gulustan.info xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb. «Azərbaycan Prezidenti İlham Əliyev ilə Emənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Brüsseldə […]

Ceyhun Bayramov israilli nazirlə bölgədəki vəziyyəti müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb. Bu barədə Gulustan.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Qarşı tərəfi salamlayan nazir Ceyhun Bayramov öncə, dünən Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini […]

Ermənistan və Rusiya XİN başçıları görüşüb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın XİN başçısı Sergey Lavrov arasında görüş keçirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan bildirib. Moskvada tərəflər arasında təkbətək görüş olub. Daha sonra geniş tərkibdə görüş keçiriləcəyi gözlənilir. Danışıqların detalları hələlik açıqlanmayıb.

Türkiyə, Britaniya və İtaliya müdafiə nazirləri İstanbulda görüşəcək

İtaliya və Böyük Britaniyanın müdafiə nazirləri Lorenzo Guerini ilə Ben Uolles İstanbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Bu gün üç tərəf müdafiə və təhlükəsizlik sahəsində əlaqələr, Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparacaq”,- məlumatda qeyd olunub.

Milli Məclisin komitələri bu gün Şuşada iclas keçirəcək

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçiriləcək. İclasın gündəliyinə iki məsələ daxildir. Belə ki, deputatlar Şuşada “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsini və […]

Hulusi Akarla ukraynalı həmkarı arasında telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Hülusi Akar Ukrayna müdafiə naziri Oleksiy Reznikov ilə görüşüb. Türkiyənin Milli Müdafiə Nazirliyinin saytının xəbərinə görə, görüşdə Hulusi Akar tərəfindən diplomatik həllə kömək etmək və insan itkisinin artmaması üçün ən qısa zamanda atəşkəs elan edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Mariupolda mülki əhalinin qurudan və dənizdən təhlükəsiz təxliyəsi məsələsi müzakirə edilib. Akar […]

Kreml Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamaq niyyətini müsbət qiymətləndirir

Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Kreml bunu müsbət qiymətləndirir. Anlaşılandır ki, bu proses olduqca uzun çəkir. Lakin belə bir sənədin (müqavilənin-red.) bağlanmasına doğru irəliləyiş öz-özlüyündə müsbət faktdır və alqışlanır”, — Kremlin sözçüsü vurğulayıb.