Bakı 18 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

XİN Brüssel görüşü ilə bağlı məlumat yayıb

Azərbaycan Xarici İşlər Naziriliyi Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə məlumat yayıb. Gulustan.info xəbər verir ki, məlumatda deyilir: «Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki […]

Azərbaycan və Ermənistan aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılığa gəliblər — Aİ Şurasının Prezidenti

Azərbaycan və Ermənistan aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılığa gəliblər. Gulustan.info-nun məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün yekunları üzrə yaydığı bəyanatda deyilir. «Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına […]

İlham Əliyevin Şarl Mişellə ikitərəfli görüşü başlayıb

Prezident İlham Əliyevin Brüsseldə Şarl Mişellə ikitərəfli görüşü başlayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib.

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri […]

Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantıları barədə Anlaşma Memorandumu təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Gulustan.info xəbər verir ki, Fərmanla 2022-ci il martın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti […]

Milli Məclisin növbəti iclası başlayıb

Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Gulustan.info-nun məlumatına görə, deputatlar 17 məsələnin müzkirəsinə toplaşıb. Müzakirə olunan məsələlər aşağıdakılardır: 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında. 2. “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 3. […]

İlham Əliyev İsrailin turizm nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoal Razvozovu qəbul edib. Gulustan.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.