Bu gün Ərdoğanla Bayden arasında görüş olacaq
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Bayden arasında görüş olacaq. “Hürriyət” xəbər verir ki, liderlər NATO-nun Belçikanın paytaxtı Brüsseldə keçiriləcək fövqəladə sammiti çərçivəsində bir araya gələcəklər. R.T.Ərdoğanın həmçinin NATO Baş katibi Yens Stoltenberq, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Boris Conson, Almaniya kansleri Olaf Şoltsla da təkbətək görüş […]
Ərdoğan Özbəkistana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfər edəcək. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası xəbər yayıb. Qeyd olunub ki, səfər 29-31 martda, iki ölkə arasında münasibətlərin 30-cu il dönümü ərəfəsində baş tutacaq.
XİN Ermənistana cavab verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına cavab verib. Gulustan.info-nun xəbərinə görə, nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərszisində keçirilən tədbirdə iştirakı ilə bağlı, indi isə digər bir mövzu ilə bağlı […]
Ukrayna ilə danışıqlar ağır irəliləyir — Lavrov
Ukrayna ilə danışıqlar ağır irəliləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib. O bildirib ki, Rusiya Qərb ölkələrinin Ukrayna ilə danışıqlarda vasitəçiliyinə qarşı deyil. «Amma Moskvanın dəqiq vurğulanan qırmızı xətləri mövcuddur. Qərb Rusiyanı maksimum uzun müddət döyüş əməliyyatları vəziyyətində saxlamağa ümid edir», — nazir vurğulayıb.
Azərbaycan XİN Pakistanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı təbrik edib. Bu barədə Azərbaycan XİN-in tviter səhifəsində paylaşım olunub. “Qardaş Pakistan İslam Respublikasını Milli Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu çox xüsusi münasibətlə uğurlar və firavanlıq arzulayırıq. Milli Gününüz mübarək, Pakistan!” — paylaşımda vurğulanıb.
Ərdoğan Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin təsdiq edilməsi barədə qərar imzalayıb. Dövlət başçısının qərarı Türkiyənin «Rəsmi Qəzet»inin 23 mart sayında dərc edilib. Bununla da Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə minib. Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev […]
Peskov Baydenin Rusiyadan mümkün kiberhücumlarla bağlı iddiasını rədd edib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin Rusiya Federasiyasının mümkün kiberhücumları ilə bağlı iddiasını rədd edərək, Moskvanın banditizmlə məşğul olmadığını vurğulayıb. Bu barədə TASS xəbər verir.
İsrailin Baş naziri Kiyevə gedir
İsrailin baş naziri Naftali Bennet Kiyevə səfər edəcək. Bu barədə “The Times of Israel” xəbər saytı məlumat yayıb. Səfər zamanı mühüm atəşkəs danışıqları müzakirə olunacaq: “İsrail Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın Ukrayna şəhərlərini bombalaması fonunda belə bir səfərin təhlükəsizlik xidmətləri üçün “dəhşət” olacağını düşünürlər. İsrail rəsmiləri artıq Ukrayna hakimiyyətinə xəbərdarlıq ediblər ki, Bennet Kiyevə “fotosessiya” xatirinə […]