Bakı 17 ℃

USD 1.7
RUB 0.0281
EUR 1.816
TRY 0.1038
Qızıl 3137.4775
Gümüş 37.0302

Rusiya XİN hədələdi: “Kiyevə silah verənlər və muzdlu yollayanlar özlərinə birbaşa problem yaradırlar”

“Ukraynaya silah verən ölkələr özlərinə birbaşa problemlər yaradır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Solovyov Live” verilişinin efirində aparıcının sualını cavablandırarkən bildirib. “Əgər belə bir qərar — təkcə Slovakiya tərəfindən deyil, digər dövlətlər tərəfindən də qəbul edilərsə o zaman onlar özlərinə problemlər yaradırlar… Birbaşa öz əlləri ilə problemlər yaradırlar”, — deyə Zaxarova Bratislavanın […]

G7 XİN rəhbərləri Ukraynadakı hadisələri müzakirə edəcəklər

G7 ölkələrinin xarici işlər nazirləri arasında bu gün Ukrayna ətrafında vəziyyətlə bağlı növbəti onlayn danışıqlar keçiriləcək. Bu barədə «TASS»a Yaponiyanın Xarici İşlər Nazirliyindən bildirilib. Məlumata əsasən, Yaponiya tərəfindən danışıqlarda XİN rəhbəri Yosimasa Hayasi iştirak edəcək. Qeyd edilir ki, qarşıdakı danışıqlarda tərəflər Ukrayna ətrafında mövcud vəziyyəti müzakirə etməyi, gələcək fəaliyyətlər barədə fikir mübadiləsi aparmağı və G7 […]

Rəsmi Ankara Türkiyə, Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək istəyir

Rusiya və Ukrayna liderlərinin görüşünə ev sahibliyi etməyə hazırıq. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticəsinə dair birgə mətbuat konfransı zamanı deyib. O əlavə edib ki, əsas məsələ yer deyil, nəticəyə köklənmiş müzakirələrin başlanmasıdır. Bundan əlavə, Çavuşoğlu Rusiya və Ukraynanın mövqelərində yaxınlaşma olduğunu vurğulayıb. “Ümid edirəm ki, artıq […]

Lavrov Rusiya və Türkiyənin səylərinin Qarabağda atəşkəsə töhfə verməsindən danışıb

Diplomatlarımız və hərbçilərimizin birgə səyləri Qarabağda dayanıqlı atəşkəs rejimini dəstəkləməyə real yardım edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. Rusiya və Türkiyənin regional münaqişələrin nizamlanmasında birgə fəaliyyətindən danışan Sergey Lavrov qeyd edib ki, Suriya, Liviya və Qarabağda iki ölkələrin diplomatları və hərbçiləri […]

Emin Əmrullayev Türkiyəyə gedib

Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri başlayıb. Təhsil Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, səfər çərçivəsində E.Əmrullayev Türkiyənin milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkənin ümumi təhsil müəssisələrinin şagirdlərinin […]

Çavuşoğlu ilə Lavrovun görüşü başlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb. “Anadolu” Agentliyi xəbər verir ki, tərəflər Ukraynadakı durumu müzakirə edirlər. Antalyada keçirilən üçtərəfli görüşdən sonra bu, Çavuşoğlu ilə Lavrovun ilk görüşüdür. Qeyd edək ki, türkiyəli nazir sabah Ukraynaya səfər edəcək.

Azərbaycanda deputat mandatından imtina edib

Milli Məclisin deputatı Şahin Seyidzadə mandatından imtina etməsi ilə bağlı ərizə yazıb. Gulustan.info xəbər verir ki, bu barədə APA Milli Məclisdən məlumat əldə edib. Qeyd edək ki, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Konstitusiyanın 89-cu maddəsinin 89-cu maddəsinin I hissəsinin 4-cü […]

Sergey Lavrov: “Ukrayna ilə kompromis əldə etməyə ümidlər var”

“Ukrayna nümayəndələri ilə danışıqlar asan keçmir, lakin kompromis əldə etməyə ümidlər var”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK telekanalına müsahibəsində söyləyib. “Rusiya gələcəkdə Ukrayna tərəfi ilə təmaslara hazır olacaq, lakin əlavə dəyərin nə olacağını başa düşmək lazımdır”, — nazir bildirib. Onun sözlərinə görə, Türkiyənin Antalya şəhərində aparılan danışıqlarda Ukraynanın XİN başçısı Dmitro Kuleba […]