Tramp İranın ABŞ-la danışıqlara gedəcəyinə inanır

Birləşmiş Ştatların prezidenti Donald Tramp rəsmi Tehranın yaxın vaxtlarda Vaşinqtonla danışıqlar aparmaqı istəyəcəyinə əminliyi ifadə edib. Ağ Ev rəhbəri bu barədə özünün «Twitter» səhifəsində yazıb. Donald Tramp «Washington Post» və «New York Times»ın onun barəsində yazdıqları, Yaxın Şərqdəki güclü siyasətinə görə daxili mübarizə barəsində «yalan xəbərlər»lə razılaşmayıb. «Müxtəlif fikirlər bildirilir və mən sərt və qəti qərarı qəbul edirəm – bu, […]

BMT-nin baş katibi Fars körfəzində baş verənlərə görə narahat olduğunu bildirib

BMT-nin Baş katibi Antonio Quttereş Fars körfəzindəki son hadisələrə görə dərindən narahatdır. Bu barədə jurnalistlərə onun rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib. S.Dyujarrik qeyd edib ki, Baş katib artan narahatlığı ilə Körfəz bölgəsindəki son hadisələri izləyir. Baş katib xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin sahillərində tacir gəmilərinə edilən son hücumları pisləyib, faktları təsbit etmək və cavabdehləri məsuliyyətə cəlb […]

“Human Rights Watch” İrana şərt qoydu

“Human Rights Watch” təşkilatı İranda “əmək günü” münasibətilə keçirilmiş etirazda həbs edilmiş ən azı 7 fəal və jurnalistin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən bəyanat yayıb Etirazda iştirak edənlərin sözlərinə görə, həmin gün azı 35 nəfər saxlanılıb və onların çoxunu da “Tehran Bus” şirkətinin həmkarlar ittifaqının üzvləri təşkil edir. Bəzi məlumatlarda isə etirazlar zamanı […]

İran ABŞ-la nüvə sazişindən boyun qaçırır

İran nüvə sazişi üzrə ABŞ-la danışıqlar aparmayacaq. Bu barədə İranın Ali Lideri Ayətullah Əli Xamenei öz Twitter səhifəsində yazıb. Ə.Xamenei bildirib: «Heç bir müdrik iranlı öz güclü tərəfləriylə ticarət etməyəcək. Sözsüz, bizim müdrik insanlarımızın heç biri danışıqlara cəhd etmir». Ali Lider qeyd edib ki, söhbət bir sıra məsələlərdən, həmçinin İranın müdafiə silahı və Yaxın Şərqdə […]

İlham Əliyev Azərbaycanın Belçikadakı səfirliyinin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Brüsseldə ölkəmizin Belçika Krallığındakı səfirliyinin yeni binasının açılışında iştirak edib. Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və binanın dizayneri, Belçikanın tanınmış memarı Filip Vanhereveqe dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər. Brüsselin Tervuren prospektində yerləşən bina 2014-cü ildə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi tərəfindən alınıb, daxili əsaslı təmir edilib, […]

Davudoğlu Ərdoğanın sonu olacaq?!

Davudoğlunun daha çox Diyarbəkir, Batman, Bingöl kimi rayonlarda fəal iş apardığı iddia olunur Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun yaradacağı partiya barədə yeni təfərrüatlar məlum olub. «Haberler«ə istinadla xəbər verilir ki, Davudoğlunun Diyarbəkirdə qatılacağı bir iftar süfrəsində yeni partiya ilə bağlı açıqlama verməsi gözlənilir. Məlumata görə, Davudoğlu partiya yaradılması işlərini başa çatdırmaqdadır və AK Partiyanın […]

İran öz pisliklərini örtmək üçün bunu da etdi — Gənclərin problemlərini ört-basdır etmək naminə cavanlıq yaşı artırılır

İran İdman və Gənclər Nazirinin gənclər ilə iş üzrə müavini Məhəmməd Mehdi Tündquyan təmsil etdiyi qurumun ölkədə cavanlıq yaşının artırılması ilə bağlı dövlətə təklif irəli sürdüyünü deyib Onun sözlərinə görə, bu təklifdə hazırda 15-29 yaşlarında olan gəncləri əhatə edən cavanlıq yaşının 18-35 yaş arası təyin edilməsi nəzərdə tutulur. “Praktiki olaraq 15-18 yaş kateqoriyasında olanlara biz […]

Rusiya Türkiyənin təcrübəsini öyrənəcək

Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib Bu məlumatı Rusiya Milli Qvardiyasının rəsmi nümayəndəsi Valeri Qribakin paylaşıb. Məlumata görə, səfər çərçivəsində Zolotovun Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Türkiyə Jandarmeriya Qüvvələrinin rəhbəri Arif Çətinlə görüşü nəzərdə tutulub. Nümayəndə heyətinin Türkiyə Sahil Mühafizəsi və Jandarmeriya Akademiyasında dərs prosesinin təşkili […]