Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

Türkiyə ABŞ-a «erməni soyqırımı» ilə bağlı sərt mövqeyini ortaya qoydu

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının bu gün ”ABŞ-ın Erməni Soyqırımına münasibətini təsdiqləyən 96 H.Res.296” saylı qətnaməsini sərt şəkildə rədd edib. Türkiyə XİN-dən verilən açıqlamada bildirilib ki, daxili siyasətə hesablanaraq qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsası yoxdur: “Barış bulağı” Hərəkatımızın qarşısını ala bilməyib bundan məyus olanlar bu yolla ölkəmizdən qisas […]

ABŞ «erməni soyqırımı»nı qəbul edib

29 oktyabrda ABŞ Nümayəndələr Palatası qondarma «erməni soyqırımını» tanıyan Qətnamə qəbul edib. Armenpress-in məlumatına görə qətnamə səs çoxluğu ilə qəbul olunub. Konqresmenlərin 223-ü leyhinə, 191-i əleyhinə səs verib. Mənbə aqreqator.az

Rusiyadan Qoşulmama Hərəkatının Bakı Zirvə görüşü barədə BƏYANAT

Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü barədə məlumat yayıb. Məlumatda Bakıda keçirilən Zirvə görüşündə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşininin rəhbərlik etdiyi bildirilib.  “Zirvə görüşündə beynəlxalq gündəmdə olan aktural məsələlər diqqət mərkəzində olub. BMT Nizamnaməsinə ciddi şəkildə əməl edilməsinin və daxili […]

«Əliyev və Paşinyan görüşü olmayacaq»

Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşü planlaşdırılmır, nazirlərin görüşünün yaxın aylarda baş tutacağı gözlənilir. Bu barədə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan açıqlayıb. «Ölkə liderlərinin görüşü hələ planlaşdırılmır. Görüşləri xarici işlər nazirləri səviyyəsində davam etdirməyi planlaşdırırıq. Növbəti görüş gələn aya gözlənilir. Bu, ölkə başçıları səviyyəsində […]

İlham Əliyev Ağdaşa səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Mənbə azertag.az

İlham Əliyev Qəbələ rayonunda səfərdədir (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə gəlib. Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verildi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli […]

Prezidentdən dünyaya: “Qarabağ əzəli Azərbaycan torpağıdır” — VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 18-ci Zirvə Görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə çıxış edib. Prezident xatırladıb ki, bir həftə əvvəl — oktyabrın 18-də Azərbaycan müstəqilliyinin bərpa olunması gününü qeyd edib.  Ölkə başçısı qeyd edib ki, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətraf yeddi rayon — ölkəmizin beynəlxalq səviyyədə […]

160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri bu gün Bakıda toplanır

Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı. Dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Zirvə Görüşünü Qoşulmama Hərəkatının hazırkı sədri olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro açdı. “Bandunq Prinsiplərini rəhbər tutmaqla […]