Bakı 29 ℃

USD 1.7
RUB 0.0305
EUR 1.7727
TRY 0.1015
Qızıl 3081.1905
Gümüş 33.8107

Azərbaycanda Çavuşoğlu ilə Məmmədyarovun rəsmi görüşü olub

Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə qeyd ediblər Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb XİN-dən verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında qardaşlıq […]

Əsəd SDQ ilə Türkiyəyə görə danışığa gedir?

Suriya hökumətiylə Suriya Demokratik Qüvvələri arasında məxfi danışıqlara start verilib. Bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, tərəflər arasında danışıqlar Rusiyanın Hmeymimdəki aviabazasında baş tutub. Görüşdə tərəflərin Türkiyənin əməliyyatına son qoyulması üçün bütün lazımi tədbirlərin qəbulu barədə qarşılıqlı razılaşma əldə etməyi planlaşdırdıqları vurğulanıb. Danışıqların nəticəsi açıqlanmır. Mənbə axar.az

İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edib. Mənbə AZƏRTAC

Türk dövlətləri Xarici İşlər Nazirlərinin Bakı görüşü keçirilir

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının görüşü keçirilir. Görüşdə Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirləri iştirak edirlər. Xatırladaq ki, Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistan daxildir. Özbəkistan bu ilin sentyabr ayında quruma üz olub. Oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şurasının 7-ci Zirvə görüşünə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin […]

Birinci vitse-prezident Mehriban Əliyeva: Akademik Vasim Məmmədəliyevin vəfatı bizim hamımız üçün çox böyük itkidir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Dünya şöhrətli şərqşünas-alim, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev dünyasını dəyişib. Çox yüksək intellektə və nadir mənəvi keyfiyyətlərə malik insan – Vasim müəllim elm dünyasında şübhəsiz nüfuz […]

Tramp Türkiyəyə qarşı ən ağır addımı atdı — SƏRƏNCAM

ABŞ Prezidenti Donald Tramp Amerika nümayəndələrinə Türkiyəni hədəf ala biləcək güclü sanksiya səlahiyyəti verən yeni bir fərman imzalayıb. Bunu ABŞ Maliyyə naziri Stiven Mnuçin bildirib. Mnuçin qeyd edib ki, Tramp sözügedən səlahiyyəti versə də, hazırda Türkiyəyə sanksiya tətbiq edilməyəcək: «Ancaq məcbur qalsaq, Türkiyə iqtisadiyyatını təsirsiz vəziyyətə gətirə bilərik». Mənbə axar.az

«Sülh Bulağı hərəkatının bölgə xalqlarına və regionumuza sülh və əmin-amanlıq gətirməsini arzu edirik»

MÜSİAD Azərbaycan Prezidenti Abdurrahman Uzun Türkiyənin Fəratın şərqində həyata keçirdiyi Sülh Bulağı hərəkatına dair yazılı bəyanat verib. Abdurrahman Uzun açıqlamasında bunları qeyd edib: Türkiyə, yerləşdiyi ərazinin çətin şərtləri səbəbilə, ərazi bütövlüyünü və sərhəd təhlükəsizliyini ön planda tutaraq, regionunda sülh bazası olmaq məqsədiylə hərəkət edir. Bölgə sülhdən hər ötən gün uzaqlaşdırılmağa məruz qoyularkən, Yaxın Şərqdə sağlam […]

Türkiyə tarixi qərar verdi: «Sülh çeşməsi» əməliyyatı qüvvələr nisbətini dəyişir

ABŞ Prezidenti Donald Trampın Suriyanın şimalından sürətlə amerikan əsgərlərini çıxarmaq barədə qərarı dünyada geniş əks-səda doğurub. Bu qərara yanaşmalar müxtəlifdir. Ona qarşı çıxanlar da olub, dəstək verənlər də. Hətta D.Trampı qürurlu olmamaqda qınayanlar da tapılıb. Xüsusilə Pentaqonda müəyyən dairələr narazı qalıblar. Onlar hesab edirlər ki, Türkiyəyə müqavimət göstərmək lazım idi. Ancaq bu, məntiqsiz və qeyri-rasional […]