Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Aİ Şurası Cənubi Qafqazda sülhün bərqərar olması üzrə bütün səyləri dəstəkləyir — Şarl Mişel

Avropa İttifaqı (Aİ) Şurası Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üzrə bütün səyləri dəstəkləyir. Bunu Aİ Şurasının rəhbəri Şarl Mişel öz «Twitter» səhifəsində yazıb. «Mən Brüssel müzakirələrimizin davamı olaraq Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar keçirdim. Aİ Şurası Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üzrə bütün səyləri dəstəkləyir», — Ş.Mişel yazıb.

Putin sabah Paşinyanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin aprelin 19-da Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Kremlin mətbuat xidməti bildirib. Qeyd olunur ki, V.Putin erməni baş nazirlə Qarabağla bağlı vəziyyəti, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını müzakirə edəcək. Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasının gedişatı da müzakirə mövzusu olacaq.

Qırğızıstan Prezidenti sabah Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov sabah Azərbaycana rəsmi səfər edəcək. “Sputnik Qırğızıstan” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan dövlət başçısının Mətbuat xidməti yayıb. Məlumata görə, səfər 19-20 aprel tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.

Türkiyə artıq qlobal gücə çevrilib — Çavuşoğlu

Yanğın ətrafımızdadırsa, onu söndürmək hamıdan əvvəl bizim borcumuzdur. Çünki biz Türkiyə olaraq təkcə regional güc deyilik. Türkiyə artıq qlobal gücə çevrilib. Türkiyə KİV-ləri xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Sinop şəhərində iftar sonrası ictimayyət nümayəndələri ilə görüşən nazir dünyada nizamının dəyişməli olduğunu bəyan edib. «Başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla […]

Türkiyə və Ukrayna müdafiə nazirlərinin telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və onun ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub. Gulustan.info Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Akar dərhal atəşkəsin elan edilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyə vətəndaşlarının qurudan və dənizdən təxliyəsinin vacibliyini vurğulayıb və əlavə edib ki, Ukrayna limanlarında gözləyən ticarət gəmilərinin təhlükəsiz şəkildə Türkiyəyə qayıtmasına […]

Rusiya və Ermənistan XİN rəhbərləri İrəvanla Bakı arasında sülh müqaviləsinin perspektivlərini müzakirə edib

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı keçirilib. Gulustan.info-nun məlumatına görə, bu barədə Rusiya XİN-in açıqlamasında deyilir. Qeyd olunub ki, nazirlər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərini müzakirə ediblər. «Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarının […]

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, BƏƏ-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caberi qəbul edib.

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edib.