Bakı 30 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişib

Milli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyi dəyişib. Gulustan.info-nun məlumatına görə, müzakirə ediləcək məsələlərin sayı 13-dən 14-ə qaldırılıb. Bunlar aşağıdaklılardır: 1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 2. “Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin və Ümumdünya […]

“Görüş Putinin “hə” deməsindən asılıdır” — Çavuşoğlu

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin Türkiyədə görüşə bilər. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Onun sözlərinə görə, əsas məsələ Putinin görüşə razı olmasıdır: «İki heyət arasında intensiv danışıqlar davam edir. Görüş Putinin «hə» deməsindən asılıdır”.

Ərdoğan Putin və Zelenskiyə ZƏNG EDƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya və Ukraynanın dövlət başçıları Vladimir Putinlə Volodimir Zelenskiyə zəng edəcək. Gulustan.info xəbər verir ki, bu barədə Ria Novosti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna istinad edib. Ərdoğanın Rusiya və Ukrayna liderləri ilə telefon danışıqlarının yaxın günlərə planlaşdırıldığı bildirilir.

MDB XİN başçılarının növbəti iclasının yeri və tarixi açıqlanıb

Mayın 13-də Tacikistanın paytaxtı Düşənbədə MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. “RİA Novosti”yə xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci İdarənin direktoru Mixail Yevdokimov bildirib. “Nazirlər Şurası ənənəvi olaraq ildə iki dəfə toplanır. İlkin olaraq bunlardan biri mayın 13-də Düşənbədə, ikincisi isə payızda, oktyabrın 13-də Qazaxıstanın paytaxtı […]

Ceyhun Bayramov ilə Toivo Klaar arasında telefon danışığı olub

12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən Gulustan.info-ya verilən məlumata görə, tərəflər Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüşün davamı olaraq, bölgədə baş […]

Rusiyanı təcrid etmək mümkün deyil — Putin

Rusiya təcrid olunmaq niyyətində deyil və onu təcrid etmək mümkün deyil. Bunu Rusiya prezidenti Vladimir Putin Amur vilayətində «Vostoçnı» kosmodromunun tikintisi ilə tanışlıq zamanı deyib. O bildirib ki, Rusiyanın Ukraynadakı anti-Rusiya qüvvələrlə toqquşması qaçılmaz idi. «Bu gün bizim zabitlərimiz Ukraynada, Donbassda xüsusi hərbi əməliyyatlarda iştirak edir. Əminəm ki, Donbassın müdafiəsi üzrə əməliyyatın məqsədlərinə nail olacağıq», […]

Azərbaycanlı itkinlərlə bağlı məsələ Qlobal Alyansın iclasında müzakirə olunub

“İtkin düşmüş şəxslər üçün Qlobal Alyans”ın iclasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və sonrakı talelərindən indiyədək heç bir məlumat olmayan azərbaycanlı itkinlərlə bağlı məsələ müzakirə olunub. Bu barədə Gulustan.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. İclasda Alyansa indiyədək qoşulmuş 10 dövlətin (Azərbaycan, Argentina, Estoniya, Küveyt, Meksika, Nigeriya, Norveç, Peru, Koreya Respublikası və İsveçrə) nümayəndələri iştirak […]

Zakir Həsənov Türkiyə Baş Qərargahının nümayəndə heyəti ilə görüşüb

Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Gulustan.info xəbər verir ki, bu barədə MN məlumat yayıb. Qonaqları salamlayan müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun […]