Bayden NATO-nun Baş katibi ilə görüşüb
ABŞ Prezidenti Cozef Bayden və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olub. Bu barədə Alyansın rəhbəri tviterdə yazıb. “Mən ona qəti liderliyinə, Ukraynaya güclü dəstəyinə və ABŞ-ın NATO-da Avropa təhlükəsizliyinə verdiyi mühüm töhfələrə görə təşəkkür etdim”, — Y.Stoltenberq bildirib.
İlham Əliyevin Sərdar Berdiməhəmmədov ilə görüşü olub
İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
Ərdoğan Madriddə Makronla görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və fransalı həmkarı Emmanuel Makron arasında görüş olub. Bu barədə Türkiyə Prezident Administrasiyası tviterdə məlumat yayıb. Bildirilib ki, İspaniyanın paytaxtı Madriddə keçirilən görüş NATO-nun zirvə toplantısı çərçivəsində baş tutub.
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb
İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
İlham Əliyev Türkmənistana səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün iyunun 29-da Türkmənistana səfərə gəlib. Gulustan.info xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşıladılar.
Milli Məclis sonuncu iclasa TOPLAŞIR
Bu gün Milli Məclisin sonuncu növbədənkənar iclası keçiriləcək. Gulustan.info xəbər verir ki, iclasın gündəliyinə 16 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi. 2. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının […]
Bayden və Ərdoğan NATO sammiti çərçivəsində görüşəcək
ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Madriddə ikitərəfli görüş keçirəcək. Bu barədə Ağ Evdən xəbər veriblər. «Prezident Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək alyansın (NATO) birgə müdafiəsi və təhlükəsizliyi məsələlərini, eləcə də ikitərəfli münasibətlərin bir sıra mühüm məsələlərini müzakirə edəcək», — deyə qeyd olunub.
“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın əsasnaməsi təsdiqlənib
Prezident İlham Əliyev “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın əsasnaməsini təsdiq edib. Gülüstan.info xəbər verir ki, əsasnaməyə görə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər. — ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka […]