Bakı 19 ℃

USD 1.7
RUB 0.0307
EUR 1.8199
TRY 0.1052
Qızıl 3167.202
Gümüş 37.5012

Mövlud Çavuşoğlu Aİ rəsmisi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı olub. “TRT Haber” xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib. Bildirilib ki, tərəflər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Moldova parlamentinin sədri İqor Qrosu ilə videoformatda görüşüb.

Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb. Telefon danışığının məzmunu barədə informasiya verilməyib.

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub. Bu barədə Ukrayna KİV məlumat yayıb. Telefon danışığında ABŞ-ın Ukraynaya beynəlxalq yardımının başladığı bildirilib.

“Putin müharibəni seçdi” — Bayden

“Ukrayna xalqı Rusiya silahlı qüvvələrinin əsassız hücumuna məruz qalıb”. Bunu ABŞ Prezidenti Co Bayden deyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin fəlakətli insan itkisi və iztirablara səbəb olacaq müharibəni seçib. Bayden qeyd edib ki, ABŞ, müttəfiqləri və tərəfdaşları Rusiyanın hücumuna cavab verəcəklər. Onun sözlərinə görə, işğalın gətirəcəyi ölümlərə görə yalnız Rusiya məsuliyyət daşıyır.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Prezidentin Mətbuat xidmətindən Gulustan.info-ya məlumat verilib. Telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.

Ərdoğan Ermənistanla sərhədlərin açılmasından danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasından danışıb. “Anadolu” verdiyi xəbərə görə, o bildirib ki, Ermənistan, xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qətiyyətli olsa, Türkiyə üçün sərhədlərin bağlı qalması söhbət mövzusu deyil.

Rusiya XİN-in Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatı təəssüf doğurur — Nazirlik

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur. Gulustan.info-nun məlumatına görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Rusiya Federasiyası XİN-in sosial şəbəkə hesabında […]