Bakı 31 ℃

USD 1.7
RUB 0.0302
EUR 1.7744
TRY 0.101
Qızıl 3079.686
Gümüş 34.3069

Türkiyə, Britaniya və İtaliya müdafiə nazirləri İstanbulda görüşəcək

İtaliya və Böyük Britaniyanın müdafiə nazirləri Lorenzo Guerini ilə Ben Uolles İstanbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşəcək. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Bu gün üç tərəf müdafiə və təhlükəsizlik sahəsində əlaqələr, Ukraynadakı vəziyyətlə bağlı müzakirələr aparacaq”,- məlumatda qeyd olunub.

Milli Məclisin komitələri bu gün Şuşada iclas keçirəcək

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçiriləcək. İclasın gündəliyinə iki məsələ daxildir. Belə ki, deputatlar Şuşada “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsini və […]

Hulusi Akarla ukraynalı həmkarı arasında telefon danışığı olub

Türkiyənin milli müdafiə naziri Hülusi Akar Ukrayna müdafiə naziri Oleksiy Reznikov ilə görüşüb. Türkiyənin Milli Müdafiə Nazirliyinin saytının xəbərinə görə, görüşdə Hulusi Akar tərəfindən diplomatik həllə kömək etmək və insan itkisinin artmaması üçün ən qısa zamanda atəşkəs elan edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Mariupolda mülki əhalinin qurudan və dənizdən təhlükəsiz təxliyəsi məsələsi müzakirə edilib. Akar […]

Kreml Azərbaycan və Ermənistanın sülh danışıqlarına başlamaq niyyətini müsbət qiymətləndirir

Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Kreml bunu müsbət qiymətləndirir. Anlaşılandır ki, bu proses olduqca uzun çəkir. Lakin belə bir sənədin (müqavilənin-red.) bağlanmasına doğru irəliləyiş öz-özlüyündə müsbət faktdır və alqışlanır”, — Kremlin sözçüsü vurğulayıb.

XİN Brüssel görüşü ilə bağlı məlumat yayıb

Azərbaycan Xarici İşlər Naziriliyi Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş barədə məlumat yayıb. Gulustan.info xəbər verir ki, məlumatda deyilir: «Tərəflərin hələ 2021-ci ilin 15 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki […]

Azərbaycan və Ermənistan aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılığa gəliblər — Aİ Şurasının Prezidenti

Azərbaycan və Ermənistan aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması barədə razılığa gəliblər. Gulustan.info-nun məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün yekunları üzrə yaydığı bəyanatda deyilir. «Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına […]

İlham Əliyevin Şarl Mişellə ikitərəfli görüşü başlayıb

Prezident İlham Əliyevin Brüsseldə Şarl Mişellə ikitərəfli görüşü başlayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

İlham Əliyev Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlib.