Bakı 22 ℃

USD 1.7
RUB 0.0277
EUR 1.7426
TRY 0.0947
Qızıl 3050.718
Gümüş 35.0623

Sabah Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək

Martın 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu gün təbliğat-təşviqat işləri başa çatır. Ali Seçki Komissiyası səsvermə məntəqələrinin fəaliyyətə hazırlığını təsdiq edib. Anadolu agentliyi seçkilərə aid məlumatları 13 dildə 2500 xarici və yerli kütləvi informasiya vasitəsilə paylaşacaq.Səsvermə ilə bağlı ölkədə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 39 min nəfərlik şəxsi heyət […]

İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib. Xəbər yenilənəcək

Fransalı həmsədr Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşünə şərh verib

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüşün məzmunlu və səmərəli olduğunu bildirib. «Görüş uzun, məzmunlu, səmərəli keçib. Ümidvarıq ki, bu, belə davam edəcək”, — deyə fransalı həmsədr qeyd edib. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün […]

Trampın yeni oyunu — DOSTunu BB-da baş nazir etmək istəyir

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın sabiq XİN rəhbəri Boris Consonu bu ölkənin baş naziri vəzifəsinə namizəd qismində dəstəkləyir. Bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərin sabiq XİN rəhbərinin baş nazir vəzifəsinə təyin edilməsinin mümkünlüyü barədə sualını cavablandırarkən deyib. D.Tramp bildirib: «Mənim Boris Consondan çox xoşum gəlir. O, mənim dostumdur». ABŞ prezidenti «Brexit»in uğurla həyata […]

Avropanın bəzi ölkələri əhalisinin bir hissəsini itirəcək — ŞOK ARAŞDIRMA

Avropanın cənub-şərqində yerləşən ölkələr əmək qabiliyyətli əhalinin kəskin azalması ilə üzləşib və bu tendensiya davam edəcək. Bu barədə Vyana Beynəlxalq İqtisadiyyat Elmləri İnstitutunun dərc etdiyi araşdırma məqaləsində bildirilir. Məqalədə deyilir ki, Rumıniya, Bolqarıstan, Xorvatiya, Polşa, Latviya və Ukrayna 2045-ci ilə kimi əmək qabiliyyətli əhalinin 20 faizini itirə bilər. Hazırda Avropa ölkələrinin çoxu əhalinin, o cümlədən […]

Prezident İlham Əliyev Avstriyanın vitse-kansleri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlətimizin başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını dedi. Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın […]

BMT və ABŞ qarşı-qarşıya — Dünya ABŞ-a qarşı birləşdi

BMT Təhlükəsizlik Şurası (TŞ) Qolan yüksəklikləri ilə bağlı iclas keçirib. «Anadolu» agentliyinə istinadla xəbər verilir ki, Təhlükəsizlik Şurası ABŞ prezidenti Donald Trampın İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanımasından sonra Suriyanın tələbi üzərinə toplaşıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin siyasi koordinatoru Rodni Hunter iclasda çıxış edərək bildirib ki, Suriya rejimi və İran tərəfindən Qolan yüksəkliklərinə nəzarət edilməsinə […]

Avropada ikili vətəndaşlıq problemi aradan götürülür

2020-ci il yanvarın 1-dən etibarən Norveçdə ikili vətəndaşlığa icazə veriləcək. Norveçdə 2006-ci ildə ləğv edilən «İkili vətəndaşlıq haqqında» qanun yenidən qəbul edilib. Norveç hökuməti də gələn ildən ikili vətəndaşlığa icazə verəcəyini açıqlayıb. Bu məlumat hökumətin rəsmi internet səhifəsində əksini tapıb. Açıqlamada deyilib ki, 2020-ci il yanvarın 1-dən etibarən Norveç vətəndaşlığı almaq üçün müraciət edənlərin ikili […]