Abdullah Gül və Əhməd Davudoğlu Ərdoğana qarşı birləşdi

Abdullah Gül ilə Əhməd Davudoğlu arasında bir müddətdir davam edən soyuqluğun aradan qaldırıldığı iddia edilir Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlu tək bir partiya yaradacaq. Sputnik Azərbaycan «Haberler«ə istinadla xəbər verir ki, KİV-də yayılan məlumatda Abdullah Gül ilə Əhməd Davudoğlu arasında bir müddətdir davam edən soyuqluğun aradan qaldırıldığı iddia edilir […]

Maduro baş kəsəcəyinə söz verdi

Venesuela Prezidenti Nikolas Maduro gənclərlə görüş keçirib Dövlət başçısı “Böyük Gənclik Missiyası” toplantısında müxalifətə sərt mesaj göndərib. O, növbəti dəfə belə bir çevriliş cəhdinin olacağı təqdirdə baş kəsəcəklərini bildirib: “Bizə hörmət etmələrini öyrətmək üçün birilərinin başını kəsmək gərəkdirsə, kəsiləcək”. Mənbə axar.az

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin xəbər portalında

BMT-nin “un.orgnews” fransız dilli xəbər portalında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dair “Mədəniyyətlərarası dialoq münaqişələrin və şiddətli ekstremizmin qarşısının alınmasında güclü vasitədir” adlı məqalə dərc olunub. Məqalədə Forumun “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusunda təşkil edildiyi bildirilib. Yazıda “Bakı Prosesi”nin nailiyyətlərindən bəhs olunur. Həmçinin Forumdakı çıxışlara da geniş yer verilir. […]

OPEC-in baş katibi İranı neft bazarından tamamilə silməyin mümkünsüzlüyündən danışdı

İranı neft bazarından silmək mümkün deyil. İranın problemləri təkcə bu ölkəyə deyil, bütün Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) təsir edir. Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib. O, İranı neft bazarından çıxarmağın mümkün olmadığını və OPEC-in neft məsələsini siyasətdən kənar idarə etməyə çalışdığını bildirib: “OPEC qərarları kollektiv olaraq qəbul edir və təşkilatın birtərəfli […]

ABŞ Almaniyanı təhdid etdi — Sanksiya olacaq

Alman şirkətləri Şimal Axını-2-də iştirak etsələr, ABŞ sanksiyalarına məruz qalacaqlar Bunu “Fokus” jurnalına müsahibəsində ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenel deyib. “Amerikanın mövqeyinə görə, bu qaz kəməri təkcə qaz nəqlinə şərait yaratmır, bu həm də böyük sanksiya riski formalaşdırır”, – deyə o bildirib. Qeyd edək ki, bundan öncə Qrenel Almaniya şirkətlərinə məktub göndərərək, “Şimal axını 2” […]

28 May tarixi ABŞ-da Azərbaycan Günü elan edilib

ABŞ-ın Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb. Bəyannamədə 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunub. Sənəddə bildirilib ki, Azərbaycan Demokratik Respublikası […]

Ermənilər üzsüzlüyün pikində — Şuşanın «işğaldan azad edilməsi ildönümü» tədbiri keçirəcək

Rusiyadakı erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb Erməni diasporu tərəfindən Moskvada Şuşanın «işğaldan azad edilməsi ildönümü»nə həsr olunmuş tədbir keçiriləcək. Tədbir barədə məlumat sosial şəbəkələrdə yayılıb. «Erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət olunub», — bunu açıqlamasında «Moskvanın Azərbaycan İcması» Təşkilatının rəhbəri Şamil Tağıyev bildirib. Mənbə axar.az

Rusiya ABŞ-a qarşı — BMT-də qrup yaradılır

ABŞ-ın Venesuelaya hərbi müdaxilə planlarına qarşı bir neçə ölkənin iştirakı ilə qrup formalaşdırılacaq Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. “Sözügedən qrup BMT-də yaradılacaq. Qrupa BMT daxilində ciddi dəstək veriləcəyinə ümid edirəm. Çünki orta bəsit mövzu var. BMT qətnaməsi çərivəsində beynəlxalq hüquq və prinsiplərin qorunmasından söhbət gedir”, — deyə XİN rəhbəri bildirib. Mənbə […]