Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edərək “Bakı prosesi”nin artıq təsisatlanmış bir mexanizmə çevrildiyini söylədi. Bu gün Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, dialoq və əməkdaşlığın da qovşağına […]

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqonini qəbul edib. Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın Avropa Şurasının layiqli üzvü olduğunu bildirərək “Bakı Prosesi”ni Avropa Şurası üçün də uğurlu platforma adlandırdı. 2008-ci ildən bu prosesin genişlənərək mühüm hərəkata çevrildiyini deyən qonaq qeyd etdi ki, mədəniyyətlərarası dialoq insanların […]

İrəvan növbədənkənar seçki astanasında — Deputatlar mandatından imtina etmək şərti qoydu

Əgər Ermənistan hökuməti Qagik Çarukyanın mandatını əlindən alsa, o zaman Çiçəklənən Ermənistan Partiyasından olan bütün deputatlar öz mandatlarından imtina edəcək Bu məlumatı “Qraparak” qəzeti Çiçəklənən Ermənistan Partiyasındakı mənbəsinə istinadən yayıb. Məlumata görə, partiyanın deputatları bu addımı atacaqları təqdirdə ölkə yenidən növbədənkənar parlament seçkisinə getməli olacaq: “Konstitusiyaya əsasən, parlamentin 30%-i müxalifətdən ibarət olmalıdır. Əgər Çiçəklənən Ermənistan […]

Sabah Milli Məclisdə 22 məsələ müzakirə olunacaq — Siyahı

Milli Məclisin mayın 3-də keçiriləcək plenar iclasının gündəliyinə 22 məsələ daxil edilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. Bundan başqa,  gündəliyə daxil olan aşağıdakı məsələlər  də müzakirə ediləcək:”Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Hərbi vəzifə və hərbi […]

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər — YENİLƏNİB — FOTOLAR

Mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər. Dövlətimizin başçısı mərasimdə nitq söylədi. Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, […]

Venesuelada çevriliş — Xalq ayağa qalxdı

Venesuela müxalifətinin lideri Xuan Quaido Prezident Nikolas Maduronun devrilməsinə hazırlanmış “Azadlıq” əməliyyatının finalının başladığını elan edib Quaido bu barədə özünün Tvitter səhifəsində məlumat yayıb. “Venesuela xalqının talan edilməsinin sonu çatdı. Hazırda mən “Azadlıq” əməliyyatının final fazasının nə anlama gəldiyini başa salmaq üçün bizim silahlı qüvvələrimizin əsas birləşmələri ilə görüşürəm”, — Quaido bildirib. O, hazırda Venesuela […]

Paşinyan Medvedyevi əylənməyə gecə klubuna apardı

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılmaq üçün Yerevanda səfərdə olan rusiyalı həmkarı Dmitri Medvedyevi aprelin 29-da gecə saat 10-da “Club-12” adlı gecə klubuna aparıb. Bu barədə klub sahibi Narek Manukyan məlumat verib. O deyib ki, liderlər gözlənilmədən kluba gəliblər və desert, […]

Yaponiyanın yeni imperatoru taxtına oturdu

Şahzadə Naruhito Yaponiyanın yeni imperatoru olub. Bu, Tokio vaxtı ilə mayın 1-də gecə saat 00:01-də baş verib. Qeyd edək ki, bir gün öncə Yaponiyanın 85 yaşlı imperatoru Akihito taxtını tərk edib. Naruhito sabiq imperatorun böyük oğludur. Yeni imperatorun 59 yaşı var. Mənbə trend.az