Azərbaycan XİN Pakistanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı təbrik edib. Bu barədə Azərbaycan XİN-in tviter səhifəsində paylaşım olunub. “Qardaş Pakistan İslam Respublikasını Milli Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu çox xüsusi münasibətlə uğurlar və firavanlıq arzulayırıq. Milli Gününüz mübarək, Pakistan!” — paylaşımda vurğulanıb.
Ərdoğan Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin təsdiq edilməsi barədə qərar imzalayıb. Dövlət başçısının qərarı Türkiyənin «Rəsmi Qəzet»inin 23 mart sayında dərc edilib. Bununla da Şuşa Bəyannaməsi Türkiyədə qüvvəyə minib. Xatırladaq ki, Şuşa Bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev […]
Peskov Baydenin Rusiyadan mümkün kiberhücumlarla bağlı iddiasını rədd edib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin Rusiya Federasiyasının mümkün kiberhücumları ilə bağlı iddiasını rədd edərək, Moskvanın banditizmlə məşğul olmadığını vurğulayıb. Bu barədə TASS xəbər verir.
İsrailin Baş naziri Kiyevə gedir
İsrailin baş naziri Naftali Bennet Kiyevə səfər edəcək. Bu barədə “The Times of Israel” xəbər saytı məlumat yayıb. Səfər zamanı mühüm atəşkəs danışıqları müzakirə olunacaq: “İsrail Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiyanın Ukrayna şəhərlərini bombalaması fonunda belə bir səfərin təhlükəsizlik xidmətləri üçün “dəhşət” olacağını düşünürlər. İsrail rəsmiləri artıq Ukrayna hakimiyyətinə xəbərdarlıq ediblər ki, Bennet Kiyevə “fotosessiya” xatirinə […]
İlham Əliyev ABŞ Prezidentinə məktub göndərib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə məktub göndərib. Gulustan.info xəbər verir ki, məktubda deyilir: «Hörmətli cənab Prezident, Novruz bayramı münasibətilə təbrik məktubunuza və xoş sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm. Sizin də qeyd etdiyiniz kimi, bu il biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 […]
İlham Əliyev və Mehriban Əliyeva Suqovuşanda Novruz tonqalını alovlandırdılar
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tərtərin Suqovuşan qəsəbəsində olublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırıblar. Sonra dövlətimizin başçısı Azərbaycan xalqını təbrik edib.
İlham Əliyev Suqovuşanda turizm kompleksinin təməlini qoyub
Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleksin layihəsi barədə məlumat verdi.Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin […]
İlham Əliyev və Mehriban Əliyeva Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışında iştirak ediblər
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma federasiyanın gələcək planları barədə məlumat verdi və videoçarx nümayiş […]