ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşü ilə bağlı bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında məsləhətləşmələr keçiriblər. ATƏT-in rəsmi saytına istinadən verilən məlumata görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini vəzifəsini icra edən Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin […]

Gürcüstanda vəziyyət gərgin olaraq qalır — Baş nazir də parlament binasına gəlib

Gürcüstanın baş naziri Mamuka Baxtadze parlament binasına gəlib. Hökumət başçısı ilə yanaşı daxili işlər naziri Giorgi Qaxaria və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze də qanunverici orqandadırlar. M.Baxtadzenin yaranmış vəziyyətlə bağlı bəyanat verib-verməyəcəyi hələ məlum deyil. Parlamentin qarşısında davam edən etiraz aksiyasında vəziyyət gərgin olaraq qalır. Mənbə report.az

Tbilisidəki Rusiya konsulluğu nümayişçilər tərəfindən əhatəyə alınıb

Tbilisidə davam edən, kütləvi etirazlar fonunda, 100 qədər etirazçının Tbilisidəki Rusiya konsulluğunu əhatəyə aldığı bildirilir. Tbilisidə səfərdə olan Rusiya nümayəndə heyyətinin etirazlar səbəbindən ölkəni təcili tərk edib.

Tbilisidə nümayişçilər Parlamenti ələ keçirmək istəyir — foto

Rusiyalı deputat Qavrilovun Gürcüstan parlamentinin spikerinin kürsüsündə əyləşməsi ilə başlayan etirazlar bu saatlarda da Tbilisinin mərkəzi meydanında davam edir. Son məlumatlara əsasən etiraz edənlər Parlamenti tutmağa cəhd edir.

Əli Nağıyev DTX rəisi təyin olundu

Bu gün prezident İlham Əliyev Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Mədət Quliyev Müdafiə Sənəyesi naziri oldu

Prezident İlham Əliyev, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevi bu vəzifədən azad edərək onu, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edib.

Mədət Quliyev DTX rəisi vəzifəsindən azad olundu

Bu gün prezident İlham Əliyev Mədət Qəzənfər oğlu Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ramil Usubov Təhlükəsizlik Şurasının katibi təyin edilib

Daxili İşlər naziri vəzifəsindən azad olunan Rami Usubov, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilib.